30-07-2022, 11:33 1174

“Peşəkar psixoloq fikir cərrahıdır” -

Azərbaycanda psixoloji xidmət ən bahalı sahələrdən biri kimi özünü göstərir. Bu gün nəinki ölkəmizdə, eləcə də bütün dünyada psixoloqa ciddi ehtiyac duyanların sayı günü-gündən artmaqdadır. Onu da deyək ki, əksər ölkələrdə psixoloji xidmət bahalı sahələrdən biridir. Bu da ondan irəli gəlir ki, bu sahəyə tələbat böyükdür.

Ölkəmizdə demək olar hər addımbaşı psixoloq kabinetlərinə, psixoloji xidmət mərkəzlərinə rast gəlirik. Özünə "psixoloq” deyənlərin sayı da kifayət qədərdir. Kənardan baxanda belə görünür ki, sanki bəzi adamlar bu sahəyə məhz pul qazanmaq naminə gəlib. Faktdır ki, Azərbaycanda psixoloqların konsultasiya qiyməti çox bahadır. Qiymətlər 40-50 manatdan başlayır, 300-400 manatda bitir. Bəziləri bir seans üçün 80-100 manat alır, hətta bir seansa 400 manat alan psixoloqlar da var.

Bəziləri iddia edir ki, psixoloqların qəbul qiymətlərinin baha olmasının səbəbi bu sahə mütəxəssislərinə daha çox imkanlı adamların müraciət etməsi ilə bağlıdır. Azərbaycanda kasıblar psixoloqa getmirlərmi?

Mövzu ilə bağlı psixoloq Rövşən Nəcəfov "Yeni Müsavat”a bunları şərh edib: "Hər bir insan həyatının müxtəlif dövrlərində mənəvi böhranlar yaşayır. Baş vermiş hadisələr arasında əlaqə yaratmaq və səbəbini müəyyən etmək üçün çətinliklər də ola bilər. İnsan həyatında düzgün qərarlar verməyə və ya qərarlarını dəyişməyə qorxa bilər. Cəmiyyətdə formalaşmış stereotiplərdən biri də psixoloqa getməyin dəlilik əlaməti olduğudur. İnsanlar psixoloq yanına getməyi, psixoterapiya seanslarında iştirak etdiyinə görə qınaq obyektinə çevriləcəyindən qorxur. Demək istədiyim odur ki, psixoloq yanına getmək dəlilik əlaməti deyil. Psixoloqun işi dinləməkdən ibarət deyil. Pasiyentin mənfi emosiyalarını səbirlə dinləmək psixoloq peşəsinin göstəricisi deyil. Kimsənin səbirli və dinləyicilik qabiliyyəti yüksəkdirsə, o demək deyil ki, həmin "kimsə” psixoloq peşəsində uğurlu olacaq. Psixodiaqnostika, psixoprofilaktika, psixoloji testlər, psixoterapiyalar və psixoloji keyslər kimi nəzəriyyəyə söykənən təcrübi metodlar mövcuddur. Peşəkar psixoloq fikir cərrahıdır. İnsanlar psixoloqa ona görə müraciətə edirlər ki, fikirlərində təmirə və yenidən inşaya ehtiyac duyurlar".

Nəcəfov əlavə edib ki, dünyada elmin və təhsilin inkişafı psixologiya sahəsinin insanlar üçün nə qədər vacib olduğunu da göstərmiş oldu: "Bəzən insan zehni ətrafda baş verən hadisələrə münasibət bildirərkən subyektiv və obyektivliyin müqayisəsini itirir. Qərarlarında narahatlıq keçirən insanlar psixoloqlara müraciət edərək, şəxsi, iş həyatlarında və təhsil həyatlarındakı problemlərin həlli istiqamətində çıxış yolları axtarırlar. Psixologiya insan həyatında bələdçi rolundadır. Psixologiya şəxsin davranışlarına obyektiv münasibət bildirir. Bəzən şəxslər "İnsan özünün psixoloqudur” ifadəsini işlədirlər. O zaman heç bir sahədə peşəkara müraciət etmədən həyatımızla bağlı qərarlar verək. İnsan özünün psixoloqu olarsa, tərəf tutmuş olacaq, yəni hadisəyə obyektiv yanaşa bilməyəcək. Müxtəlif peşələrin yaranması və inkişaf etməsi insanların ehtiyaclarından formalaşır. Psixologiya insan orqanizminin ən ali orqanı olan beynin ehtiyacıdır.

İnsanların davranışları zamana və məkana bağlıdır. İnsan psixologiyası şüur və alt şüurdan ibarətdir. İnsanın şüuru və alt şüuru hər zaman aktiv işləyir. Beynimizin nəyi saxlayıb, nəyi sildiyini və nəyi gizlətdiyini bilmədən həyatımıza davam edirik. Həyatımızda baş verən elə hadisələr var ki, bizə dərindən təsir edir və uzun müddət baş vermiş hadisə bizim kölgəmizə çevrilir. İnsanın alt şüuru unutduğumuz hadisələri qeyd etməyə davam edir. Mənəvi cəhətdən təsirlənmədiyimizi düşündüyümüz bir çox hallar bəzən travmatik nəticələrə səbəb ola bilər. Zaman keçdikcə psixologiyamız hadisələrə reaksiya verməyə başlayır. Fiziki cəhətdən sağlam olduğumuz kimi, mənəvi cəhətdən də buna ehtiyac var. Psixoloji konsultasiya zamanı məqsəd pasiyentin psixoloqun rəhbərliyinə məcbur olması deyil. Əksinə, psixoloji dəstəyin məqsədi şəxsin psixoloqa müraciət etməsinə səbəb olan əsas problemlərin kökünü müəyyən etməkdir. Yaranmış problemlərdən çıxmaq üçün tərəfsiz maarifləndirməkdir”.

"İnsan öz peşəsinin müqəddəsliyinə inanmalıdır. Hansı sahədə olmaqdan asılı olmayaraq, insan əmək fəaliyyətində mənəviyyatını qoruyub saxlamalıdır. Psixologiya fəaliyyəti həssas olduğu üçün peşəkarlıq və mənəviyyatın ali olması vacibdir. Hər hansısa xidmətin qiymətləndirilməsi əhalinin həmin xidmətə münasibətindən asılıdır. Rəqabət və keyfiyyət bütün sahələri inkişafa aparır. Bəzən isə rəqabət və keyfiyyət adı altında insanların narazılıqlarını müşahidə edirik. Narazılıqların yaranmaması üçün insanlar hansı psixoloqa müraciət edəcəklərini əvvəlcədən araşdırmalıdırlar. Rəqəmsal dünyada yaşadığımız üçün mütəxəssis haqqında ilkin təəssüratın yaranmasında çətinliklər yoxdur. Psixoloqa müraciət edən şəxsin mütəxəssisdən təhsil bazasını tələb etmək haqqı var. Pasiyent öz psixikasını təslim edəcəyi psixoloqun peşəkarlığına əmin olmalıdır. Necə ki, digər hadisələrdə insanlar ən yaxşılarına, yəni, təhsil bazalarının güclü olduğuna əyani şəkildə əmin olduqları mütəxəssislərə müraciət edirlər. Sosial statusundan asılı olmayaraq insanlar istər fiziki, istərsə də mənəvi xəstəlikləri üçün peşəkar mütəxəssislərə müraciət etməlidirlər. Psixoloq digər peşə sahiblərinin həyatında bələdçi rolunu oynayır. Hər zaman şəxsin addımlarına obyektiv seçimlərin mövcudluğunu ifadə edir. Psixoloqun peşəkarlığı qiymətdən asılı deyil, təhsil bazasından və təcrübəsindən asılıdır”.

Paylaş

Xəbər lenti

Tovuz Rayon Mərkəzi Xəstəxanasında xəstələrə dərman çatmır? - Rəsmi Bu gün, 19:48 Kiçik Ayrım kəndi: Erməni mənbələrinin təsdiqlədiyi azərbaycanlı yurdu Bu gün, 19:48 XİN rəhbəri: Yaxın Şərqdəki qeyri-müəyyənlik, Rusiya-Ukrayna münaqişəsi bizim üçün ciddi çağırışdır Bu gün, 19:48 Kriştiano Ronaldunun Çində ilk muzeyi açıldı Bu gün, 19:48 Dubaydan gələn sərnişin gömrük baxışından keçməkdən imtina etdi Bu gün, 19:48 Bakıda və Abşeron yarımadasında küləyin sürəti 24 m/s-dir - Faktiki hava Bu gün, 19:48 2027-ci ildə səyahət etmək üçün ən ucuz 9 ölkə Bu gün, 18:48 Sabah 18 avtobus öz yolu ilə getməyəcək Bu gün, 18:48 İlham Əliyevin sosial şəbəkə hesablarında Maka Boçorişvilini qəbuluna dair videoçarx paylaşılıb Bu gün, 18:48 Ermənistan qarışdı: Bir gündə Azərbaycanın iki tələbi yerinə yetirildi Bu gün, 18:48 Azərbaycan boksçusu ardıcıl üçüncü dəfə Avropa çempionu olub Bu gün, 18:48 Bu rayonda 5 küçənin yolları TƏMİR OLUNACAQ Bu gün, 18:48 Şəkərli diabet xəstələri üçün MÜJDƏ Bu gün, 18:48 Hər gün istifadə etdilən ədviyyatla bağlı XƏBƏRDARLIQ - Tərkibində təhlükəli maddə ola bilər Bu gün, 17:48 Hörmüz boğazında üç gəmi atəşə tutuldu Bu gün, 17:48 Mətbuat Şurasından media qurumlarına və jurnalistlərə ÇAĞIRIŞ Bu gün, 17:48 Azərbaycan və Gürcüstan arasında dini sahədə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub Bu gün, 17:48 Aylıq 445 manat ödəməklə MƏNZİL SAHİBİ ola bilərsiniz! Bu gün, 17:48 Ayağı olmayan basketbolçu 11 zorlama ittihamı ilə üzləşib Bu gün, 17:48 Torpaq sahəsi olanlara ŞAD XƏBƏR - Dəyişiklik edilir Bu gün, 17:48 İranda müğənni hicabsız çıxışına görə 74 şallaq zərbəsi ilə cəzalandırılıb Bu gün, 16:48 Uşaqlar dostlarını necə seçirlər? – Alimlərdən maraqlı araşdırma Bu gün, 16:48 "Baku Steel Company" Azərbaycan-İtaliya Biznes Forumunda iştirak edib Bu gün, 16:48 Azərbaycanda bu şəxslərə vergi güzəşti olacaq - ŞƏRTLƏR Bu gün, 16:48 Nazirlik əhaliyə XƏBƏRDARLIQ ETDİ - Bu tarixdə telefonla danışmayın! Bu gün, 16:48 Hava PİSLƏŞİR - Temperatur 5 dərəcə enəcək - XƏBƏRDARLIQ Bu gün, 16:48 29 yaşlı Sumqayıt sakini Bakıda ölü tapıldı Bu gün, 16:48 İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib Bu gün, 16:48 Deputat vəzifəyə təyin olunanların öz qohumlarını irəli çəkməsindən şikayətlənib Bu gün, 15:48 Nazirlik bəzi şəxslərin attestasiyasına başlayıb Bu gün, 15:48 Türkiyənin sabiq naziri ev dustaqlığına buraxıldı Bu gün, 15:48 Bakıda Azərbaycan və Monteneqro Baş nazirlərinin görüşü olub Bu gün, 15:48 Ramiz Mehdiyevin oğlu və kürəkəni Əli Kərimlinin məhkəməsində ifadə verdilər Bu gün, 15:48 Qəbələdə su anbarı tikilir Bu gün, 15:48 Bakıda tanınmış iş adamı vəfat etdi Bu gün, 15:48 Rusiyada erməni terrorçu Monte Melkonyan haqqında filmin nümayişinə qadağa qoyuldu Bu gün, 15:48 Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib Bu gün, 15:48 Gömrük sistemində korrupsiya risklərinə qarşı yeni kadr siyasəti Bu gün, 14:48 Sabah metronun bu stansiyaları gecə saat 01:00-dək açıq olacaq Bu gün, 14:48 Siyavuş Novruzov: "Məmura rüşvət təklif etməsən, haradan alacaq?" Bu gün, 14:48 SOCAR Çin şirkəti ilə enerji səmərəliliyinin artırılmasını müzakirə edib Bu gün, 14:48 Qərbi Azərbaycanın silinən izləri: İnqala kəndinin tarixi Bu gün, 14:48 "Azercell Biznes" müştəriləri üçün eSIM IoT və eSIM M2M xidmətlərini təqdim edir Bu gün, 14:48 Sabiq nazirə məxsus olduğu deyilən milyonluq şirkətin əmlakı satışa çıxarılır Bu gün, 14:48 Bakıda 10 yaşlı qızın faciəli ölümü – Top arxasıycan qaçdı, maşın vurdu Bu gün, 13:48 Deputatdan sosial şəbəkələrlə bağlı çağırış: "Ciddi addımlar atılmalıdır" Bu gün, 13:48 Aeroport yolunda QƏZA: "BakuBus" avtobusu minik avtomobili ilə toqquşdu Bu gün, 13:48 "TikTok"da valideyn nəzarəti gücləndirilir – Yeni funksiyalar açıqlandı Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR