
Gədəbəy rayonunun Maarif kəndində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"AVESTA.AZ"un Qərb bürosunun məlumatına görə, yolu qarşı tərəfə keçmək istəyən Gədəbəy rayon sakini V.Qasımovu "VAZ-21011" markalı avtomobil vurub.
Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.