
Bu ilin yanvarın 18-dək Ədliyyə Nazirliyinin Penitensiar və Probasiya xidmətləri tərəfindən "8 Noyabr -Zəfər günü münasibətilə Amnistiya elan edilməsi haqqında" Milli Məclisin 5 noyabr 2021-ci il tarixli Qərarı 9263 nəfərə tətbiq edilib.
Avesta.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən bildirlib.
Onlardan -4022-si Penitensiar, 5235-i Probasiya xidmətləri tərəfindən tətbiq edilib, Amnistiyanın tətbiqi nəticəsində 7529 nəfər ayrı-ayrı cəzalardan azad edilib, 1728 nəfərin isə cəzası azaldılıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.