16-02-2023, 10:53 540

Rusiyadakı Azərbaycan diasporu Türkiyəyə maddi və humanitar yardım göndərib

Türkiyədə zəlzələ baş verən ilk gündən etibarən Rusiyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları zərərçəkənlərə yardım kampaniyalarında fəal iştirak edirlər.

Bu barədə "AVESTA.AZ"a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, Rusiyanın Sverdlovsk vilayətində və Yekaterinburq şəhərində fəaliyyət göstərən “Ural-Azərbaycan” Sverdlovsk vilayəti milli-mədəni regional təşkilatı indiyədək 642 min manat (28 milyon rubl) dəyərində humanitar yardımı qardaş ölkənin zəlzələ bölgəsinə yola salıb.

Bundan başqa, “Ural-Azərbaycan” Sverdlovsk vilayəti milli-mədəni regional təşkilatı Kurqan və Tümen vilayətlərindəki Azərbaycan icmaları ilə birlikdə 86 400 manat məbləğində humanitar yardımı (72 biotualet) Türkiyəyə göndərib.

Stavropol vilayətinin Pyatiqorsk şəhərində fəaliyyət göstərən “Araz” Azərbaycan Milli-Mədəni Muxtariyyəti 81 min manat (3 mln. rubl) dəyərində humanitar yardımı Türkiyənin Novorossiysk şəhərindəki Baş konsulluğuna təhvil verib. Bu kampaniyada “Araz”ın Pyatiqorsk, Kislovodsk, Mineralnıye Vodı, Yessentuki, Georgiyevsk, Budyonovsk, Nevinnomıssk, Stavropol şəhərlərindəki təşkilatları, Qaraçay-Çərkəz, Kabardin-Balkar respublikalarındakı Azərbaycan diaspor təşkilatları üzvləri və Şimali Qafqazda yaşayan müxtəlif icmalar iştirak ediblər.

“Tatarıstan Respublikası Azərbaycan Milli-Mədəni Muxtariyyatı” regional ictimai təşkilatı 81 300 manat (3,5 milyon rubl) dəyərində maddi və humanitar yardımı Türkiyənin Kazandakı Baş konsulluğuna təhvil verib

Tatarıstanın Leninoqorsk rayonunda və şəhərindəki Azərbaycan diasporunun da daxil olduğu “Türkiyəyə yardım” Azərbaycan təşəbbüs qrupu 1 milyon 650 min rubl nağd vəsaiti müvafiq hesaba köçürüb və toplanan humanitar yardımı Türkiyənin Kazan şəhərindəki Baş konsulluğuna təqdim edib.

Başqırdıstan Azərbaycan Xalqının Dostluq Evi 55 min manat (2 milyon 345 min rubl) məbləğində maddi və humanitar yardımı Türkiyənin Tatarıstandakı Baş konsulluğu vasitəsilə qardaş ölkəyə çatdırıb.

“Sankt-Peterburq şəhəri və Leninqrad vilayəti üzrə azərbaycanlıların milli-mədəni muxtariyyəti” şəhər ictimai təşkilatı qardaş ölkəyə 45 min manat (1,5 milyon rubl) dəyərində maddi və humanitar yardım göstərib.

Sankt-Peterburq şəhərindəki Sofiyski meyvə-tərəvəz bazarında çalışan azərbaycanlı iş adamları 34 min manat dəyərində humanitar yardımı Türkiyənin Sankt-Peterburqdakı Baş konsulluğuna təhvil verib. Sankt-Peterburqdakı Azərbaycan Humanitar Əməkdaşlıq Mərkəzi 3200 manat (140 min rubl) maddi vəsaiti Türkiyənin Sankt-Peterburqdakı Baş konsulluğunun hesabına köçürüb və zəlzələdən zərərçəkən 250 nəfər üçün humanitar yardım təhvil verib.

“Perm diyarı üzrə Azərbaycanlıların Regional Milli Mədəni Muxtariyyəti” ictimai təşkilatı 35 min manat (1,5 milyon rubl) dəyərində çadır və qızdırıcı avadanlıqlardan ibarət humanitar yardımı Türkiyənin Kazandakı Baş konsulluğuna göndərib.

İndiyədək Yaroslavl vilayətindəki Azərbaycan icması 23 min manat (1 milyon rubl), Krasnoyarsk Azərbaycanlıları Milli-Mədəni Muxtariyyəti 22 min manat (1 milyon rubl), “Azərbaycan” Çelyabinsk ictimai təşkilatı 11 600 manat (500 min rubl), “Xakasiya Respublikası Azərbaycanlılarının Diasporu” Regional İctimai Təşkilatı 9400 manat (400 000 rubl), Samara Vilayəti Azərbaycanlıları Liqası 7 600 manat (328 min rubl), “Rusiya Azərbaycan Qadınları” İctimai Təşkilatı 5 636 manat (244 min rubl), Kirov şəhərindəki ‘Birlik” Azərbaycan Mədəniyyət Mərkəzi Regional Təşkilatı 2330 manat (100 min rubl), Solikamskdakı Azərbaycan diasporu 2330 manat (100 min rubl), Ivanovodakı Azərbaycan diasporu 2330 manat (100 min rubl), Komi Azərbaycanlıları Milli-Mədəni Muxtariyyəti 2330 manat (100 min rubl) məbləqində maddi və humanitar yardım göstərib.

Paylaş

Xəbər lenti

Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib Bu gün, 19:48 Hesablama Palatası: Ali təhsillə bağlı Dövlət Proqramının icrasında səmərəsiz xərclərə yol verilib Bu gün, 19:48 Orkun Kökçü əl sıxmaqdan imtina etməsinin səbəbini açıqlayıb Bu gün, 19:48 Teymur Musayev Ağdam və Göygöldə minatəmizləmə fəaliyyəti ilə tanış olub Bu gün, 19:48 Ceyhun Bayramov qətərli həmkarı ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib Bu gün, 19:48 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı Bu gün, 18:48 Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb Bu gün, 18:48 Bakı-Sumqayıt yolu üçün yeni plan Bu gün, 18:48 Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Ata və ananın qorxunc cinayəti Bu gün, 18:48 Xəzərin suyunun azalmasının arxasında nə dayanır? - RƏSMİ AÇIQLAMA Bu gün, 18:48 Abşeron rayonunda polisin əməliyyatı zamanı narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb Bu gün, 18:48 Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib Bu gün, 18:48 Sabah bu ərazidə işıq kəsiləcək Bu gün, 17:48 "Real Madrid" Brahim Diasla müqavilənin müddətini uzatdı Bu gün, 17:48 Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib Bu gün, 17:48 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı Bu gün, 17:48 Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilənlərin məhkəməsi başlayıb Bu gün, 16:48 Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi Bu gün, 16:48 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi Bu gün, 16:48 Sumqayıt Sənaye Parkında çox qatlı klapanlı kraft-kağız kisə istehsal olunacaq Bu gün, 16:48 Azərbaycan və Estoniya XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər Bu gün, 16:48 "ARB 24"ün 8 yaşı tamam olur Bu gün, 16:48 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiq edib Bu gün, 16:48 Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb Bu gün, 16:48 Bakıda ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı sənədlər və icazələr tələb olunur? Bu gün, 15:48 Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? – ƏTRAFLI Bu gün, 15:48 Qərbi Azərbaycanla bağlı muzey yaradılması nəzərdən keçirilir Bu gün, 15:48 Azərbaycanda daha 124 yeni dövlət standartının layihəsi hazırlanıb Bu gün, 15:48 "Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğunun Əsasnaməsi" təsdiqlənib Bu gün, 15:48 Azərbaycan-Gürcüstan sərhədini pozan şəxslərdən narkotik maddə müsadirə edilib Bu gün, 15:48 Məhkəmə 250 mini mənimsəyən satış müdiri barədə qərar verdi Bu gün, 15:48 Cəzaçəkmə müəssisəsinə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb Bu gün, 14:48 Həkim xəstəxana tualetlərində 874 qadını gizlicə kameraya çəkib Bu gün, 14:48 Ceyhun Bayramov: Azərbaycan ATƏT-də sədrliyə namizədliyinin irəli sürülməsinə razıdır Bu gün, 14:48 Horadiz–Ağbənd dəmir yolu xəttinin tikintisi davam etdirilir Bu gün, 14:48 Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb Bu gün, 14:48 Polis kredit götürmək istəyənə qarşı dələduzluq edən şəxsi saxlayıb Bu gün, 14:48 3 gün ardıcıl yağış və qar yağacaq - XƏBƏRDARLIQ Bu gün, 14:48 Mürsəl İbrahimov yeni rəis təyin etdi Bu gün, 14:48 Azərbaycan və Estoniya XİN başçılarının geniştərkibli görüşü olub Bu gün, 13:48 Horadiz-Ağbənd dəmir yolu xəttində 5 körpü tikilib Bu gün, 13:48 Sənədsiz evlərlə bağlı ŞAD XƏBƏR - Milli Məclisdə VACİB TƏKLİF Bu gün, 13:48 ABŞ-də fırtına 500 mindən çox abonenti işıqsız qoydu Bu gün, 13:48 Türkiyədə məşhurlara qarşı istintaq - 3 tanınmış şəxs həbs edildi Bu gün, 13:48 El-Ninyo 1950-ci ildən bəri ən güclü həddə çata bilər Bu gün, 13:48 Qan analizi verənlərə xəbərdarlıq: Şəkərsiz qəhvə də nəticələri dəyişə bilər Bu gün, 13:48 Ceyhun Bayramov: Azərbaycan və Estoniya arasında 8 sənəd üzərində iş aparılır Bu gün, 13:48 "İnter" və "Yuventus" Azərbaycanın U-21 millisinin futbolçusu Lorenzo Mezzotero ilə maraqlanırlar Bu gün, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR