16-02-2023, 23:57 589

Litvanın müstəqilliyinin bərpasının 105-ci ildönümüdür 

Fevralın 16-da Litva dövlət müstəqilliyinin bərpa olunmasının 105 illiyini qeyd edir.

"AVESTA.AZ" xatırladır ki, 1918-ci il fevralın 16-da Litva Şurasının 20 üzvü Litvanın suveren dövlət elan edilməsi haqqında Müstəqillik Aktını imzalayıblar.

Həmin aktda Litvanın bütün digər xalqlarla dövlətçilik əlaqələrini qopardığı qeyd edilib ki, burada əsasən, rus və alman xalqları nəzərdə tutulub. Çünki XVIII əsrin sonlarından bərpa prosesinə qədər Litva əvvəl Rusiyanın, sonra isə Almaniyanın idarəçiliyində olub. Sözügedən akt 1940-cı ilə, yəni Litva SSRİ-nin tərkibinə qatılanadək qüvvədə qalıb. O, 50 illik fasilədən sonra 1990-cı il martın 11-də Litvanın müstəqilliyini bərpa etməsi il yenidən qüvvəyə minib və bugünkü Litva dövlətinin mövcudluğunun əsasını təşkil edir. Elə 1990-cı ildən başlayaraq 16 fevral yenidən Dövlətin Bərpası Günü kimi qeyd edilir. Dünəndən etibarən tarixi Vilnüs şəhəri əlamətdar gün səbəbilə Litva bayraqları ilə bəzədilib.

Səhər saatlarından isə patriot Litva xalqı və paytaxtın əcnəbi qonaqları şəhərin əsas küçələrində axın etməyə və bu gün üçün təşkil edilən bütün tədbirlərin iştirakçısı olmağa başladılar. İctimai nəqliyyatın ödənişsiz olması isə şəhərdə bir balaca izdihamın yaşanmasına səbəb oldu. Lakin bununla belə ictimai nəqliyyatda sıxlıqla, şəhərin mərkəzi küçələrində isə tıxacla rastlaşmadım.

Günə ilk olaraq ənənəvi olaraq səhər saat 9-da Rasos qəbiristanlığında Müstəqillik Aktını imzalayanların xatirəsi yad edilərək başlandı. Saat 10-da isə Kafedral meydanında toplaşan litvalı tələbə və şagirdlər Litva Dövlətçiliyi Yolu boyunca himnlərini səsləndirərək ənənəvi yürüşlərini həyata keçirdilər. Proses iştirakçılarının nitqləri litvanca olduğu üçün ətrafdakılardan məlumat almalı oldum ki, onların dediklərinə görə, bu tədbir iştirakçıları da Rasos qəbiristanlığına qədər gedərək həm də Vətənin azadlığı üçün canlarından keçən qəhrəmanların xatirələrini yad ediblər. Qeyd edim ki, bu prosesin icrasına 2016-cı ildən başlanıb.

Yürüşdən sonra, təxminən saat 12 radələrində Prezident Sarayının qarşısında, Simonas Daukantas meydanında üç Baltik ölkəsinin-Litva, Latviya və Estoniyanın bayraqlarını qaldırılma mərasimi keçirildi. Mərasimə həyəcan qatan məqam isə NATO döyüş təyyarələrinin səmada dövrə vurmasıydı. Anladığım o oldu ki, NATO Litva xalqına ölkələrinin azadlığını qoruduğu və qoruyacağı mesajını ötürür.

Litvada dövlətçiliyin bərpası gününün əsas hissəsini anım mərasimlərinin təşkil etdiyini desəm, yəqin ki, yanılmış olmaram. Belə ki, hərbi paraddan, Baltik ölkələrinin müstəqilliyinə diqqət çəkilməsindən sonra növbəti anım mərasimi təxminən günorta saat 2 radələrində Pilies küçəsində yerləşən İmzalayanlar Evinin balkonunda baş tutdu və Müstəqillik Aktını imzalayanlar bir daha yad edildi. Bununla da bərpa gününü səbəbilə təşkil edilən tədbirin birinci hissəsi başa çatdı.

İkinci hissəyə isə Gediminas prospektində 16 simvolik tonqalın yandırılması ilə start verildi. Vilnüsün mərkəzi olan Qədim şəhərin (Old Town) həm sakinləri, həm də ziyarətçiləri bu tonqalın ətrafında toplaşdılar. Ölkə vətəndaşları himlərini və müxtəlif müsiqiləri səsləndirməyə başladılar. Qısa müddətlik olsa da, özümü evimdə Novruzu qeyd edib baharı qarşılayırmış kimi hiss etdim. Əski inancımızda yer alan odun həm də litvalılar üçün xüsusi əhəmiyyət kəsb etməsi qəribə təsir bağışlamaqla bərabər, həm də onların qədim inanclarına xüsusi maraq oyatdı. Soyuq Avropa ölkəsinin mifik qatlarında odla bağlı hansı yanaşmanın yer aldığını bilməsəm də, bu ənənənin onlara həmrəylik qatdığını deyə bilərəm.

Paylaş

Xəbər lenti

Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Pəncərəsinə daş atıldı Bu gün, 22:48 Moskvada Qod Nisanovun yeni beşulduzlu hotelinin açılışı olub Bu gün, 22:48 "Sabah" - "Barselona" qarşılaşmasında hesab açıldı Bu gün, 22:48 "Sabah" - "Barselona" matçında stadiona girişdə problem yaranıb Bu gün, 22:48 Azərbaycanda bu şəxslərin evləri TƏMİR EDİLƏCƏK Bu gün, 22:48 Mətanət İsgəndərli: "Kəmalə Qaramollayeva belə davam etsə, dünya səhnələrinə çıxacaq" Bu gün, 21:48 "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? Bu gün, 21:48 İranda saxta spirtli içkidən 20 nəfər ölüb Bu gün, 21:48 Həkimdən xəbərdarlıq: Dərman qəbul edənlər alkoqoldan uzaq durmalıdır Bu gün, 21:48 "Sabah" - "Barselona" qarşılaşması start götürdü Bu gün, 21:48 Azərbaycanda palçıq vulkanı püskürdü Bu gün, 21:48 PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üçün qəbul cədvəli açıqlandı Bu gün, 20:48 Güclü küləklə bağlı xəbərdarlıq Bu gün, 20:48 Bakı Olimpiya Stadionu tarixi oyuna hazırdır Bu gün, 20:48 Əhaliyə ŞAD XƏBƏR - 3 milyon vətəndaşın gəliri artacaq Bu gün, 20:48 Kəmalə Qaramollayeva: "Bu konsertə 5 ay hazırlaşmışıq" Bu gün, 20:48 Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Bu gün, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Bu gün, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Bu gün, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Bu gün, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Bu gün, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Bu gün, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Bu gün, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Bu gün, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Bu gün, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Bu gün, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Bu gün, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Bu gün, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Bu gün, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Bu gün, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Bu gün, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Bu gün, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Bu gün, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Bu gün, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Bu gün, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Bu gün, 16:48 "Qarabağ"ın xanım azarkeşləri üçün pulsuz biletlər Bu gün, 16:48 Ahıl qadının çantasından pul kisəsini oğurladı - ANBAAN VİDEO Bu gün, 16:48 Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib Bu gün, 16:48 İranda elektrik enerjisinin verilişi məhdudlaşdırıldı Bu gün, 16:48 Əli Əhmədov: Azərbaycanda bu il nikah potensialında olan şəxslərin yarısı evlənməyib Bu gün, 16:48 Abşeron sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR  - Kənd və qəsəbələrdə... Bu gün, 16:48 Avtomobil sürənlərin diqqətinə: Sükan arxasında ürək ritmi dəyişir Bu gün, 15:48 "50 qəpiklik moyka" aparatından  oğurluq edənləri polis saxladı Bu gün, 15:48 Özünə "iPhone 18" aldı, polis saxladı - Oğurluq etdiyi iddia olunur Bu gün, 15:48 İlham Əliyev Hikmet Çetinin ailəsinə başsağlığı verdi Bu gün, 15:48 Almaniyalı deputat Avropanı Rusiya ilə dialoqa çağırdı Bu gün, 15:48 İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair video paylaşılıb Bu gün, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR