
Ötən gün Bakıdan yola salınan 26 vaqonlu humanitar yardım bu gün Türkiyənin Qars şəhərinə çatacaq.
“AVESTA.AZ” xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı tviter hesabında yazıb.
“Bakıdan yola saldığımız 26 vaqonlu humanitar yardım qatarımız Gürcüstanın Axalkalaki stansiyasına çatdı və sabah (bu gün -red) Qarsda olacaq”, - səfir sosial şəbəkə hesabında qeyd edib.
“Qardaş köməyi və “Türkiyə Əsri” Birlik və Həmrəylik Platformaları Azərbaycanla ölkəmiz arasında qardaşlıq körpüsü yaradıb. Əlləri və ürəkləri birləşdirirlər. Hər gün onlarla yük maşını ərzaq, çadır, adyal, qızdırıcı və 2 gündür konteyner daşımaqdadırlar.
Var olun”, - diplomat əlavə edib.
Bakü’den yola çıkardığımız 26 vagonlu insani yardım Trenimiz Gürcistan Ahılkelek aktarma alanına ulaşmış olup yarın Kars’ta olacaktır. ️
— Cahit Bağcı (@cahitbagci)
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.