
Filippində aktiv vulkanın krateri yaxınlığında yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki Avstraliya vətəndaşı və iki yerli sakin ölüb.
"AVESTA.AZ" TASS-a istinadən xəbər verir ki, bu barədə Avstraliyanın xarici işlər naziri Penni Vonq bildirib.
Qəza fevralın 18-də baş verib. Təyyarənin qalıqları üç gün sonra Luzon adasında yerləşən aktiv Mayon vulkanının kraterinin yaxınlığında aşkar edilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.