
Ağstafa rayonunda minik avtomobili yük maşınınla toqquşub, 2 nəfər ölüb.
“AVESTA.AZ”un Qərb bürosunun məlumatına görə, Bakı-Qazax magistral yolunun Ağstafa rayon Dağ Kəsəmən kəndindən keçən hissəsində “VAZ-21099” markalı avtomobilin yük maşını ilə toqquşması nəticəsində Dağ Kəsəmən kənd sakinləri - 1987-ci il təvəllüdlü Orxan Rzayev və onun həmyaşıdı Məhəmməd Xəlilov hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.