
Yəmənə humanitar yardım üçün 1,2 milyard ABŞ dolları ayrılacaq.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu BMT baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits Cenevrədə Yəmən üzrə keçirilən donor konfransından sonra bildirib.
Onun sözlərinə görə, 2022-ci ildə təxminən eyni məbləğdə vəsait toplanıb, sonra isə daha 1 milyard dollar ianə ayrılıb.
Bundan əvvəl BMT donorları 2023-cü ildə yəmənlilərə humanitar yardım üçün 4,3 milyard dollar ayırmağa çağırıb.
Yəmən üzrə donor konfransı BMT-nin Baş katibi Antoniu Quterreş tərəfindən İsveçrə və İsveç hökumətləri ilə birgə təşkil olunub.
BMT-nin məlumatına görə, 2023-cü ildə 21 milyondan çox yəmənlinin (ölkə əhalisinin üçdə ikisi) humanitar yardıma ehtiyacı olacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.