
ABŞ-da Rusiyaya aviasiya texnologiyası göndərən iki amerikalı həbs edilib.
Bu barədə “Report” “Reuters”ə istinadən xəbər verir.
"ABŞ-ın iki vətəndaşı Kanzas Sitidə həbs edilib", - Birləşmiş Ştatların Ticarət Nazirliyinin sözçüsü Metyu Akselrod deyib.
Onun sözlərinə görə, həmin şəxslər Amerika aviasiya texnologiyalarını Rusiyaya göndərdiklərinə görə saxlanılıblar.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.