
“ABŞ Rusiya ilə münaqişə axtarmır”.
“Report” xəbər verir ki, bunu Pentaqonun Baş Qərargah Rəisləri Komitəsinin rəhbəri Mark Millli Qara dəniz üzərində PUA insidentinin “müharibə aktı” olub-olmaması ilə bağlı suala cavab verərkən deyib.
"Hadisələr baş verir, ABŞ Rusiya ilə silahlı münaqişə axtarmır", - Mark Milli qeyd edib.
ABŞ-ın yüksək rütbəli hərbi məmuru əlavə edib ki, o, hadisəni "bu baxımdan dəyərləndirməzdi".
“Mənə elə gəlir, bu hadisəni araşdırmalı və irəliyə doğru davam etməliyik”, - Pentaqonun Baş Qərargah Rəisləri Komitəsinin rəhbəri vurğulayıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.