
“ABŞ Rusiya ilə münaqişə axtarmır, Vaşinqton yalnız Moskvanın Ukraynanı tərk etməsinə nail olmaq istəyir”.
“AVESTA.AZ” xəbər verir ki, bu sözləri “TASS”a müsahibəsində ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland deyib.
“Mənim prezidentim (ABŞ prezidenti Cozef Bayden – Red) çox aydın şəkildə fikrini bildirib: Biz Rusiya ilə münaqişə axtarmırıq. Biz Rusiyanın Ukraynanı tərk etməsini istəyirik”, - Nuland deyib.
Bundan əvvəl Cozef Bayden Varşavaya səfərində çıxışı zamanı bildirib ki, ABŞ və Avropa ölkələri Rusiya üzərində nəzarəti bərqərar etməyə və ya onu məhv etməyə çalışmırlar.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.