
Türkiyədə vaxtilə izlənmə rekordları qıran “Çukur” serialında Timsah Celil rolunu canlandıran aktyor Ahmet Melih Yılmazın hazırki görünüşü gündəmə gəlib.
Avesta xəbər verir ki, bir çox teatr tamaşalarında rol alan, seriallara çəkilən, son olaraq "Çukur"dakı rolu ilə böyük kütlə tərəfindən tanınan Ahmet Melih Yılmaz trans qadın olduğunu açıqlayıb.
Aktyor sosial mediada paylaşdığı fotolarla trans olduğunu açıqlayır və bununla bağlı paylaşım etməkdən çəkinmir.
Sosial şəbəkənin aktiv üzvlərindən Ahmet, sənətinə də davam edir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.