
Hindistanda keçirilən Beynəlxalq Atıcılıq İdmanı Federasiyası (ISSF) Dünya kubokundan atıcımız Ruslan Lunyov gümüş medal qazanıb.
“Report”un əldə etdiyi məlumata görə, o, pnevmatik tapançadan 10 m məsafəyə atəş açmada ikinci olub.
Qeyd edək ki, yarışın qalibi adını hindistanlı Sarabjot Sinq qazanıb. Bürünc medalı da onun həmyerlisi Varun Tomar əldə edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.