26-03-2023, 22:52 599

Qurban Qurbanov:

"Çox istərdim ki, Azərbaycan və Türkiyə liqaları bir olsun, ortaq çempionat keçirilsin".

"Report" xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda "Qarabağ"a 1:2 hesabı ilə uduzduqları xeyriyyə oyunundan sonra mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis stadiondakı möhtəşəm atmosferə görə azarkeşlərə təşəkkür edib: "Təşkilatçılara minnətdarlığımı bildirirəm. Oyundan çox razı qaldım. Məncə, baxımlı qarşılaşma oldu. Çoxlu qol epizodları var idi. Belə oyunlar futbola sevgini daha da çoxaldır və bizə böyük təcrübə verir. İşimizə görə çox şey qazandıq. Oyunun mahiyyətini bilirik. Yardım məqsədi ilə keçirirdik. "Qalatasaray" uğurlar arzulayıram. Çox yaxşı kollektivdir, çempionatda liderdirlər".

O, İstanbul təmsilçisinin Bakıya gec gəlib tez qayıtmasına münasibət bildirib: "İnciyəcək bir şey yoxdur. Xırda detallara görə narazılıq etmək bizə düşməz. Böyük klubdur. Onların hər saatı əhəmiyyətlidir. Bəzən biz özümüz də səfərlərdə tələsirik. Bu, ilk görüşdür. İndiyədək belə bir oyun yadıma gəlmir. Həmişə çatışmazlıqlar olur. Əsas oyunun mahiyyətini düşünməliyik. Dostlarımızdan, qardaşlarımızdan küsməyə haqqımız yoxdur. Belə bir fikir olmaması daha yaxşı olar. Onları gülə-gülə, təşəkkür edərək yola salırıq".

Baş məşqçi FIFA referisi Əliyar Ağayevin son dəqiqələrdə Ağdam klubunun qapısına penalti təyin etməsinə də toxunub: "Nə kiməsə borclu qalmaq istəyirik, nə də kimdənsə borc almaq. Heç nəyə ehtiyacımız yoxdur. Qayda pozuntusu var idi ki, penalti verdi. VAR sisteminin olduğu deyilirdi. Deməli, doğru qərardır ki, baxmadılar. Belə şeylərə görə hakimlərin üzərinə getmək düzgün olmaz. Yoldaşlıq matçı olsa da, idarə etmək asan deyildi. İlk hissədə rəqib komandadan narazılıq edənlər oldu. Onları başa düşmək olar. Çox bahalı futbolçuları var, belə matçda zədələnmək istəməzlər. Biz də istəmərik".

O, "Qarabağ"ın heyətində "Qalatasaray"da oynaya biləcək futbolçuların olduğunu istisna etməyib: "Sayla bağlı dəqiq cavab verə bilməyəcəyəm. Mənim futbolçularım burada oynamağa daha layiqdirlər. Tam fərqli çempionatlar, kollektiv, oyun üslubudur. Amma hər bir futbolçumu orada görmək istəyərəm. Bəlkə də tez uyğunlaşarlar. Burada onların ustalığını daha yaxından gördüm. Onlara söz yoxdur. Bu, hər epizodda, topla davranmalarında görünürdü. Burada "Qalatasaray"ın oyunçularına daha çox dəyər verdim".

Təcrübəli mütəxəssis gələcəkdə belə matçların təkrarlanmasını istədiyini əlavə edib: "Bu cür oyuna görə "Qalatasaray" rəhbərliyinə təşəkkür edirəm. Çox istərdim ki, Azərbaycan və Türkiyə çempionatları bir olsun. Bu oyun çox gözəl başlanğıc oldu. Belə qarşılaşmalar futbolu azarkeşlərə sevdirir, oyunçulara inam verir. Bu gün çempionatlar arasında fərq böyükdür. Amma belə oyunlar olduqca hər kəsin futbola sevgisi daha da böyüyür. Bu cür matçların daha çox olmasını istəyərik. Qardaşlarımızla belə oyunlar keçirməkdən şad olarıq. Türkiyə xalqına, futboluna uğurlar arzulayıram. Biz həmişə bir-birimizin yanındayıq".

Qurbanovun sözlərinə görə, milli komandadakı futbolçular heyətdə olsaydı, daha baxımlı futbol göstərərdilər: "Nəticəni deyə bilmərəm, amma daha yaxşı oyun ola bilərdi. Sonadək yuxarı tempdə davam edə bilmədik. "Qalatasaray"da da çatışmazlıqlar var idi".

Baş məşqçi Bakı Olimpiya Stadionunda "Qalatasaray" azarkeşlərinin sayının çox olmasından da söz açıb: "Rəsmi matç olsaydı, bizim azarkeşlərimiz daha çox olardı. Digər tərəfdən, hamısını öz fanatlarımız kimi hiss edirdim. Hər şeydən razı qaldım".

Paylaş

Xəbər lenti

İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı vəfat edib Bu gün, 13:48 Bu ölkə kanalizasiya suyundan içməli su istehsal edəcək Bu gün, 13:48 Ermənistanda Azərbaycan irsinin daha bir izi aşkarlandı: Üzə çıxan faktlar Bu gün, 13:48 BDYPİ rəsmisi: Skuter sürənlər elə düşünür ki, yol hərəkəti qaydaları onlara aid deyil Bu gün, 13:48 Tovuzda 28 yaşlı şəxsi qatar vurdu, öldü Bu gün, 13:48 Günəşdə son 5 ilin ən uzun sakitlik dövrü qeydə alındı Bu gün, 12:48 Əfqanıstan vətəndaşları İrandan Azərbaycana qanunsuz keçərkən saxlanıldılar Bu gün, 12:48 İlham Əliyev Əli Əsədovu "Şərəf" ordeni ilə təltif edib Bu gün, 12:48 Prezident: "Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" Bu gün, 12:48 Bazar günü bəzi yerlərdə yağış yağacaq Bu gün, 12:48 Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək? Bu gün, 12:48 1200 manatlıq spirtli içkilər oğurlandı - Saxlanılan var Bu gün, 12:48 Əhməd Vəliyev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib Bu gün, 12:48 Türkiyədə Fabrizio Romanonun sosial media hesablarına giriş məhdudlaşdırıldı Bu gün, 11:48 Bu gün Həsən bəy Zərdabinin anım günüdür Bu gün, 11:48 Gənc ailənin başına faciəvi hadisə gəldi - 18 yaşlı gəlin öldü Bu gün, 11:48 Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıb Bu gün, 11:48 Avtoqəzaların daha çox baş verdiyi ərazilər süni intellektlə araşdırılır Bu gün, 11:48 "Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır? Bu gün, 10:48 Xaçmazda QƏZA - Sürücü maşından xilas edildi Bu gün, 10:48 Azərbaycanın iki təmsilçisi Türk Şahmat Assosiasiyasının çempionatında qızıl medal qazanıb Bu gün, 10:48 Ağsuda ər və arvad qəzaya düşdülər: Ölən var Bu gün, 10:48 Səlim Müslümova ağır İTKİ Bu gün, 10:48 Tanınmış polkovnik qəfil vəfat etdi Bu gün, 09:48 Qardaşı ilə balıq tutmağa getdi, 1 milyon dollar qazandı Bu gün, 09:48 İran nüvə komplekslərinin yaxınlığında yeni yeraltı obyekt inşa edir Bu gün, 09:48 Azərbaycan neftinin qiyməti 101 dollara düşüb Bu gün, 09:48 İspaniyadan 2030-cu il mundialı ilə bağlı SƏRT AÇIQLAMA Bu gün, 09:48 Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 6 medal qazanıblar Bu gün, 00:48 Köhnə mənzillərdə əvvəlki sakinlərdən qalan izlər nəyi danışır? Bu gün, 00:48 Tikinti aparmaq istəyən şəxslərə pis xəbər Dünən, 23:48 İrakli Kobaxidze: "Beşiktaş" - "Hapoel" matçında ciddi təxribatlar oldu Dünən, 23:48 Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Sənada husilərin obyektlərinə zərbələr endirib Dünən, 23:48 Azərbaycanla Gürcüstan arasında birgə layihələr müzakirə olunub Dünən, 23:48 FTX yüksəkrütbəli hərbçiyə qarşı sui-qəsdin qarşısını alıb - DETALLAR Dünən, 23:48 Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər Dünən, 22:48 Ceyhun Bayramov: Bakıda Estoniya səfirliyinin açılması ölkələrimiz arasında münasibətlərdə yeni mərhələdir Dünən, 22:48 Qusev Azərbaycanla tərəfdaşlıq kontekstində Ukrayna-Estoniya əməkdaşlığını yüksək qiymətləndirib Dünən, 22:48 Yuri Vernidub: "Futbolçularımız üzərlərində işləsələr, daha yaxşı nəticələr qazanacağıq" Dünən, 22:48 Xəzərin suyunu içməli suya çevirəcək zavod bu şəhərdə tikiləcək - DETALLAR Dünən, 22:48 Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır Dünən, 22:48 Vasif Rəsulov rəhbər vəzifəyə təyin edildi Dünən, 21:48 Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər barəsində 3 ay həbs qərarı çıxarılıb Dünən, 21:48 Ramiz Mehdiyev var-dövləti haqqında danışdı Dünən, 21:48 Zəngli saat çalmadan oyanmağın sirri açıldı - Həkimdən vacib tövsiyə Dünən, 21:48 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib Dünən, 21:48 Astarada iki avtomobil toqquşub, xəsarət alan var Dünən, 20:48 Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb Dünən, 20:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR