28-03-2023, 14:33 670

Almaniyanın 20-dən çox şirkəti Azərbaycanla əməkdaşlığa maraq göstərir

Energetika naziri Pərviz Şahbazov “Berlin Enerji Keçidi Dialoqu” konfransı çərçivəsində Almaniyanın 20-dən çox enerji şirkətinin və biznes dairələrinin iştirakı ilə “Azərbaycan neft-qaz hüdudlarından kənar: gələcək enerji tərəfdaşlığı üçün perspektivlər” mövzusunda dəyirmi masada iştirak edib.

"AVESTA.AZ" bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, Almaniyanın Külək Enerjisi Assosiasiyası, Şərqi Biznes Assosiasiyası, İqtisadi İnkişaf və Xarici Ticarət üzrə Federal Assosiasiya, “Siemens Energy, “Uniper”, “Notus Energy”, Enerji Agentliyi-DENA, Almaniya-Azərbaycan Ticarət Palatası, “EDEG ED-Energy”, “DEIG Energietechnik,” “ALPHA GmbH”, “Windcomp GmbH”, “SAP SE ” və digər biznes dairələrinin təmsil olunduğu dəyirmi masada Azərbaycanın enerji tədarükü mənbələrini şaxələndirən siyasəti və enerji keçidi planları çərçivəsində yeni əməkdaşlıq təklifləri müzakirə olunub.

Bu yaxınlarda Prezident İlham Əliyevin Almaniyaya səfəri və aparıcı şirkətlərlə keçirilmiş görüşün enerji də daxil bir çox sahələrdə əməkdaşlığın inkişafına yeni impuls verdiyi qeyd edilib. Görüşdə Azərbaycanın ənənəvi enerji mənbələrinin, xüsusilə təbii qazının tərəfdaş ölkələrin təhlükəsiz enerji təminatındakı strateji rolundan, Cənub Qaz Dəhlizinin genişləndirilməsi nəticəsində Azərbaycanın qaz təchizatı coğrafiyasının daha da şaxələnəcəyindən bəhs edilib.

Hazırda 200 QVt-a yaxın bərpa olunan enerji potensialı əsasında “yaşıl enerji”nin istehsalı və ixracı ilə bağlı beynəlxalq enerji şirkətləri ilə həyata keçirilən layihələr, xalis sıfır emissiyaya malik “yaşıl enerji” zonası konsepsiyasında qurulan Qarabağ və Şərqi Zəngəzurda, həmçinin “yaşıl enerji” mərkəzinə çevrilməsi planlaşdırılan Naxçıvanda əməkdaşlıq imkanları diqqətə çatdırılıb. “Masdar”, “ACWA Power” və bp ilə 710 MVt gücündə bərpa olunan enerji layihələrinin icra olunması, “ACWA Power”, “Masdar” və “Fortescue” şirkətləri ilə bərpa olunan enerji və “yaşıl hidrogen”lə bağlı 25 QVt-a yaxın istehsal gücləri ilə bağlı əməkdaşlıq sənədlərinin imzalanması Azərbaycanda bu sahənin investorlar üçün cəlbediciliyinin göstəriciləri kimi qeyd edilib.

P.Şahbazov deyib ki, dünyanın ikinci ən böyük külək enerjisi potensialına malik Xəzər dənizindən “yaşıl enerji”nin Azərbaycandan başlayan, Gürcüstan və Qara dənizdən keçərək Rumıniya və Macarıstana ötürülməsini əhatə edən və geniş əməkdaşlıq tələb olunan layihə icra edilir: “Bu, yeni bir enerji resursunun təchizatı və marşrutunun layihəsi Avropa İttifaqı tərəfindən dəstəklənir. İlkin mərhələdə 4 QVt-lıq enerjinin ötürülməsi nəzərdə tutulur ki, bununla da Azərbaycan Avropa üçün “yaşıl enerji”nin mühüm təchizatçısına çevriləcək. Bütün bunlar, həmçinin “yaşıl enerji” ilə bağlı Azərbaycanın potensial və planları Almaniyadan olan şirkətlərlə tərəfdaşlıq üçün də imkanlardır.”

Dəyirmi masada enerji şirkətlərinin Azərbaycanda istehsal olunan elektrik enerjisinin ötürülməsi, bərpa olunan enerji və “yaşıl hidrogen”, günəş panellərinin istehsalı, dekarbonizasiya üzrə əməkdaşlığa maraqları ifadə edilib. Görüşdə şirkətləri maraqlandıran məsələlərə aydınlıq gətirilib, əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Paylaş

Xəbər lenti

"Qarabağ" UEFA Konfrans Liqasında mübarizəni dayandırdı Dünən, 23:48 Tramp: Rusiya NATO ölkələrinə hücum planlaşdırmır Dünən, 23:48 UEFA Konfrans Liqası: Mahir Emreli "Rakuv"da növbəti qolunu vurub Dünən, 23:48 Səmərqəndin simvolu mediaforum iştirakçılarına təqdim olunub Dünən, 23:48 Qurban Qurbanov məğlubiyyətdən danışdı: "Hücum xəttimizdə çatışmazlıqlar var idi" Dünən, 23:48 Avropa çempionatı: Portuqaliya Bakıda Rumıniyanı məğlub edib Dünən, 22:48 UEFA Konfrans Liqası: "Tvente" əlavə vaxtda "Qarabağ"ı məyus etdi Dünən, 22:48 Mehdiabad sakinlərinin işıq problemi: Kabel niyə yanır? Dünən, 22:48 Serbiyada "Balkan Boxing 11"də Azərbaycanı Rəhim Əliyev təmsil edəcək Dünən, 22:48 Aleksey İsayev: "15 dəqiqə ərzində dünya iki dəfə dayandı" Dünən, 22:48 Azərbaycan millisinin üzvü Musab Məmmədtağıyev qitə yarışının ən yaxşı kişi idmançısı seçilib Dünən, 21:49 UEFA Çempionlar Liqası: "Sabah"ın əsas mərhələdəki bütün rəqibləri bəlli olub Dünən, 21:49 Azərbaycan pambıq parça istehsalını 5 %-dən çox artırıb Dünən, 21:49 Oyan Nəzəriani: "Qadınlardan ibarət Azərbaycan millisi tarixində ilk dəfə dünya çempionu oldu" Dünən, 21:48 UEFA Konfrans Liqası: "Qarabağ" "Tvente" ilə oyunda hesabı açdı Dünən, 21:48 Möhsün Rezai Qətərin Baş naziri ilə görüşdə ABŞ-ni hədələyib Dünən, 21:48 "Qarabağ"ın yeni transferləri ictimaiyyətə TƏQDİM OLUNDU Dünən, 21:48 Hövsanda açıq ərazidə yanğın baş verib Dünən, 20:48 Azərbaycan-Malayziya ikitərəfli münasibətləri müzakirə olunub Dünən, 20:48 UEFA Konfrans Liqası: "Qarabağ" - "Tvente" oyunu başladı Dünən, 20:48 İstanbulda qanunsuz mərc işi üzrə 25,5 kq qızıl ələ keçirilib Dünən, 20:48 Yeni təmayül tədris modelli məktəblərin məzunlarının ali təhsil müəssisələrinə qəbul nəticələri elan edilib Dünən, 20:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə üz-üzə gələcək Dünən, 20:48 İsveç HHM-in gücləndirilməsi üçün Ukraynaya növbəti yardım paketi ayıracaq Dünən, 20:48 UEFA Konfrans Liqası: "Qarabağ" - "Tvente" matçının start heyətləri AÇIQLANDI Dünən, 19:48 Azərbaycan investisiyalarının Tacikistana cəlb edilməsi müzakirə edilib Dünən, 19:48 Ərdoğanla Tokayev arasında telefon danışığı baş tutub Dünən, 19:48 Pezeşkian: İran beynəlxalq arenada sülhsevər yanaşmaya malikdir Dünən, 19:48 Suriya və Səudiyyə Ərəbistanı birgə bank yaradacaq Dünən, 19:48 Marianxeles Belluşi Mehriban Əliyevanı təbrik edib Dünən, 19:48 Göygöldə örüş sahələri qanunsuz zəbt edilib? - İcra hakimiyyətindən REAKSİYA Dünən, 19:48 Bir məktəblini hazırlamaq neçəyə başa gəlir? Dünən, 18:48 44 yaşlı Dima Bilan baba oldu Dünən, 18:48 Britaniyalı şəhərsalma mütəxəssisi Şuşada Baş planın icrası haqqında danışıb Dünən, 18:48 Şahi-Zində və Uluqbəy rəsədxanası mediaforum nümayəndələrini heyran edib Dünən, 18:48 Paytaxtda 18 istiqamətdə sıxlıq müşahidə olunur Dünən, 18:48 Sabah Ağstafa, Gədəbəy və Tovuzun bir hissəsində qaz olmayacaq Dünən, 18:48 Böyük Dəbilqə: Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli olub Dünən, 18:48 Elxan Şirinov: "Səsin və bədən quruluşun bunu dəstəkləyirsə oxuya bilərsən" Dünən, 17:48 Sabah ilin son tutulması olacaq Dünən, 17:48 Haaqada "Bosniya qəssabı" Ratko Mladiç ölüb Dünən, 17:48 Dünyada BİR İLK: Süni intellekt ƏMƏLİYYATDA Dünən, 17:48 Nepalda daşqınlarda ölənlərin sayı 359-a çatdı, 1300 nəfər itkindir Dünən, 17:48 Bu ölkədə "Qərbi Nil" virusuna 232 yoluxma, 19 ölüm halı qeydə alındı Dünən, 17:48 TƏBİB rəhbəri baş həkimi işdən azad etdi Dünən, 17:48 SOCAR Çin İxrac-İdxal Bankı ilə emal sənayesində əməkdaşlığı müzakirə edib Dünən, 17:48 Tarkan 2,5 saata 36 milyon qazanacaq Dünən, 17:48 Rəsmi Bakı Azərbaycanın Rusiyadakı səfirliyinin qonaq evi qarşısındakı təxribatı pisləyib Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR