1-04-2023, 08:03 511

Xankəndi-Laçın yolu: ekofəallar 111 gündür dəyişməz tələblərini irəli sürürlər

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 111 gündür davam edir.

“Report”un hazırda ərazidə olan əməkdaşı xəbər verir ki, aksiya iştirakçıları ötən gecə boyu da yüksək fəallıq nümayiş etdiriblər.

Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplanış yerində gecə boyu da heç bir insident baş verməyib.

Həmişə olduğu kimi, etirazçılar bu səhəri də Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıblar.

Havanın temperaturunun aşağı düşməsinə, soyuq, şaxtalı və qarlı hava şəraitinin hökm sürməsinə baxmayaraq, onlar etirazlarını yüksək əhvali-ruhiyyə ilə davam etdirirlər.

Eyni zamanda ekofəallar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirirlər.

Aksiya iştirakçılarının tələbləri ilk gündən olduğu kimi, dəyişməz olaraq qalır.

Etirazçılar aksiyanın keçirildiyi ilk gündən etibarən dünya ictimaiyyətini ekologiyanı qorumağa çağırırlar.

Belə ki, ekofəallar və gənc könüllülər “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, “Берегите природу!”, "Экоциду нет! Мониторингу да!" şüarlarını səsləndirirlər.

Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

2022-ci il dekabrın 12-dən etibarən isə etiraz aksiyası başlayıb.

Paylaş

Xəbər lenti

Hollivud aktyoru qadınlara təcavüzdə ittiham edilir Dünən, 23:48 Rəqsanə İsmayılova: "Bu gün həmin Xalq artistləri mənim fanatlarımdır" Dünən, 23:48 Ukrayna kapitulyasiya edəcək? - Kiyevdən kritik açıqlama Dünən, 23:48 Murat Bozla Demet Özdemirin xilas edilmə anları Dünən, 23:48 Ürək köçürülən gənc nahar edəndən sonra ölüb: Bir il sonra toyu olacaqdı Dünən, 23:48 Aysel Şükürün keçmiş həyat yoldaşı həbs olunub? Dünən, 22:48 ABŞ-nin neft ehtiyatları 8,6 milyon barel azalıb Dünən, 22:48 AAYDA İdarə Heyətinin 2026-cı ilin III rübünün yekunlarına həsr olunmuş iclası keçirilib Dünən, 22:48 Amina: "Hər bir dində müəyyən dərəcədə narsizm var" Dünən, 22:48 Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edir Dünən, 21:49 Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb Dünən, 21:49 Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb Dünən, 21:48 İdmanı dayandıranda əzələlər piyə çevrilir? - Professor açıqladı Dünən, 21:48 Pakistan AQEM-in VII Zirvə Görüşünün uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib Dünən, 21:48 Yəməndə prezident sarayı raket hücumuna məruz qalıb Dünən, 21:48 Kobaxidze Orta Dəhlizin mühüm nəqliyyat marşrutu kimi rolunu vurğulayıb Dünən, 21:48 Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar? Dünən, 20:49 Alyona Əliyeva I Beynəlxalq İnklüziv Məşğulluq Konfransından paylaşım edib Dünən, 20:48 Rusiya Navainin həbsi ilə bağlı Qazaxıstana nota göndərdi Dünən, 20:48 Azərbaycan bu ölkələrə milyonlarla yumurta satır - SİYAHI Dünən, 20:48 SEPAH: Hörmüz boğazında qayda pozan neft tankerində yanğın baş verib Dünən, 20:48 Nazirlər Kabinetindən "Azərişıq" və "Azərenerji" ödənişləri ilə bağlı YENİ QƏRAR Dünən, 19:48 Deputat: "AQEM-ə sədrliyin uzadılması Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir" Dünən, 19:48 İpoteka ilə alınan ev sahibinin vəfatından sonra kredit borcu kimə qalır? Dünən, 19:48 "ASAN xidmət" təcrübəsinin İraqda tətbiqi müzakirə edilib Dünən, 19:48 Bu şəxslərə maaşdan əlavə PUL VERİLƏCƏK - Yeni ilə qədər... Dünən, 18:48 Naxçıvanın Nazirlər Kabinetinə yeni səlahiyyət verilib Dünən, 18:48 Fyodor Şukin Dağıstanın rəhbəri seçilib Dünən, 18:48 Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb Dünən, 18:48 Kənd yumurtası BAHALAŞIB - Qiymət artımının səbəbləri açıqlandı Dünən, 18:48 Cəbrayılda GES tikintisinə icazə alınması müddəti uzadılıb Dünən, 18:48 İstanbulda seldə ölənlərin sayı 3-ə çatdı Dünən, 17:48 Mətbuat Şurası İdarə Heyətinin üzvlüyünə 46 nəfərin namizədliyi irəli sürülüb Dünən, 17:48 Bacısına mesaj yazan qaynını bıçaqladı - Abşerondakı cinayətin təfərrüatı Dünən, 17:48 52 yaşında üçüncü dəfə ana olacaq Dünən, 17:48 Kosmetikaya görə dərsə buraxılmayan şagirdin atası insident törədib, həbs edilib Dünən, 17:48 Azərbaycanda ölən gənc əsgər evin tək oğlu imiş - Təfərrüat Dünən, 17:48 Din xadiminə sui-qəsd hazırlamaqda təqsirləndirilənlərə hökm oxunub Dünən, 17:48 Bu geyiminə görə 62 yaşlı Bred Pitti tənqid etdilər Dünən, 17:48 Bakıda 8 marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək Dünən, 17:48 Lalə Məmmədova bu akademiyada tərcüməçi işləyir Dünən, 16:48 Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər Dünən, 16:48 İrandan Azərbaycana 16 kq narkotikin keçirilməsinin qarşısı alınıb Dünən, 16:48 Toyuq kəsimi sexinin fəaliyyəti dayandırılıb - Buna görə Dünən, 16:48 Rüşvət alarkən yaxalanan bələdiyyə sədrinə ağır cəza Dünən, 16:48 Ermənistana qarşı sanksiyaların vacibliyi: "Haber Global" Azərbaycan liderindən sitat gətirdi Dünən, 16:48 Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib Dünən, 16:48 Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR