
Abşeronda iki azyaşlı bacını avtomobil vurub.
“AVESTA.AZ”un xəbərinə görə, Musayev Yunus Elçin oğlu Abşeron rayonu, Novxanı kəndində idarə etdiyi “Kia Optima” markalı avtomobil ilə piyadalar - 2013-cü il təvəllüdlü Hüseynli Gülər Rəhman qızını və 2014-cü il təvəllüdlü Hüseynli Gülnur Rəhman qızını vuraraq ağır xəsarət yetirib.
Qeyd olunub ki, Gülər Hüseynli aldığı xəsarətlərdən müalicə aldığı 1 saylı Kliniki Tibbi Mərkəzdə ölüb.
Faktla bağlı cinayət işi başlanıb və istintaq aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.