
Tovuz rayonunun Düz Cırdaxan kəndində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
“Report”un Qərb bürosunun məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində, 1998-ci il təvəllüdlü Eltun Nağıyev, 1999-cu il təvəllüdlü Elşən Rüstəmli və onun həmyaşıdı Turxan Abbasov müxtəlif bədən xəsarətləri alıblar.
Onlar xəstəxanaya yerləşdiriliblər, vəziyyətləri kafi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.