18-04-2023, 13:34 561

“Business Türk”ün baş redaktoru: “Türkiyənin son 20 illik fəaliyyəti kitablara sığacaq qədər çoxdur”

“Türkiyənin son 20 illik fəaliyyəti kitablara sığacaq qədər çoxdur”.

Bu fikirləri “AVESTA.AZ”un Ankara bürosuna açıqlamasında Türkiyədə fəaliyyət göstərən “Business Türk” jurnalının baş redaktoru, qırğız əsilli Türkiyə vətəndaşı Muhammed Ruzubay bildirib.

“Qurucu öndər Mustafa Kamal Atatürkün prinsipləri əsasında yaradılan Türkiyə Cümhuriyyəti bu il 100-cü yaşının tamamında çox önəmli bir dönəmini yaşamaqdadır. İldən-ilə inkişaf edən Türkiyə Cümhuriyyəti bu seçki ilində önəmli bir dönüş olaraq tarixə keçəcək”, - baş redaktor qeyd edib.

Türkiyə Cümhuriyyətinin 100 illik dövründəki fəaliyyətlər və son 20 ilin əhəmiyyəti barədə danışan Muhammed Ruzubay deyib ki, dünyanın ən böyük, uzunömürlü imperiyalarından biri olan Osmanlı İmperatorluğunun mirası üzərində qurulan müasir Türkiyə Cümhuriyyəti Mustafa Kamal Atatürkün prinsipiallığı, dünyaya baxışı sayəsində möhkəm təməllərə əsaslanıb.

“Türkiyə Cümhuriyyətinin konstitusiya hüququnun formalaşmasında Azərbaycan türkü Əhməd Ağaoğlunun da böyük xidmətləri olub. Mustafa Kamal Atatürk tarixin ən böyük “Milli Qurtuluş” savaşlarından birinə rəhbərlik edərkən, digər tərəfdən quracağı “yeni-gənc-dinamik” Türkiyə Cümhuriyyətinin prinsiplərini müəyyənləşdirib”, - o, əlavə edib.

Rəcəb Tayyib Ərdoğan
Rəcəb Tayyib Ərdoğan

Möhkəm təməllər üzərində qurulan bu dövlətin xarici bədxah qüvvələr tərəfindən dəfələrlə dağıdılmasına cəhdlərin edildiyini bildirən Muhammed Ruzubay, son 20 ildə müasir Türkiyə siyasətinin lideri Rəcəb Tayyib Ərdoğanın uzaqgörənliyi sayəsində bunların qarşısının alındığı və daha müqavimətli, əzmli bir dövlətin inşa edildiyini bildirib:

“Xüsusilə türk dünyası ilə əlaqələrinin bərpasına və möhkəmlənməsi yönündə yürütdüyü siyasətlə cənab Ərdoğan Türkiyənin qüdrətini artırdı. Türk respublikalarının 1991-ci ildə Sovet İttifaqından ayrılaraq müstəqillik əldə etmələri daha çox Türkiyəni sevindirdi. Türkiyə bu qardaş dövlətlərin müstəqilliyini tanıyan və səfirliklərini açan ilk ölkə oldu. Ən son da Türk Dövlətləri Təşkilatı olaraq formalaşan quruluşa üzv olan Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, müşahidəçi üzvü Türkmənistanla Türkiyənin əlaqələri ən yüksək səviyyədə inkişaf etməkdədir. Digər tərəfdən, Azərbaycanın qurucu lideri mərhum Heydər Əliyevin “Bir millət, iki dövlət” devizi, qardaşlığa əsaslanan Türkiyə-Azərbaycan münasibətləri zaman keçdikcə daha da geniş vüsət aldı və nəhayət, böyük bir möcüzə ilə 2020-ci ildə Qarabağ zəfəri ilə taclandı”.

Muhammed Ruzubay bildirib ki, Türkiyənin hazırda qardaşlıq bağları ilə bağlı olduğu Azərbaycana böyük dəstəyi də təqdirəlayiqdir:

“Eləcə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Ərdoğana və bütün türk xalqına göstərdiyi böyük sevgi, etimad və dəstək ən yüksək səviyyədədir”.

O, qeyd edib ki, hazırda Türkiyənin xarici siyasətinin ən mühüm hissəsini qardaş türk dövlətləri və Rusiya ilə sıx dostluq münasibətləri təşkil edir:

“Cənab Ərdoğanın Rusiya prezidenti Putinlə səmimi dostluğu, enerji, taxıl daşımaları və Türkiyədə tikilən Atom Elektrik Stansiyasının Rusiya tərəfindən inşa edilməsi, rus iş adamlarının Türkiyəyə böyük sərmayə qoyması və turist sayında lider ölkə olması ayrılmaz iqtisadi əlaqələr şəbəkəsi bu iki ölkənin dostluğunda da öz əksini tapıb. Bu baxımdan Türkiyənin türk dünyası və Rusiya ilə dostluq və qardaşlıq bağlarının daha da güclənəcəyinə inanıram”.

Muhammed Ruzubay sonda onu da qeyd edib ki, Türkiyənin ümumilikdə son 20 illik fəaliyyəti kitablara sığacaq qədər çoxdur:

“Türkiyə inkişaf edib. Yeni avtomobil yollarından dəmir yolu şəbəkəsinə, yeni hava limanlarından Marmaray və Avrasiya tunelinə, yeni su bəndlərindən kütləvi yaşayış layihələrinə qədər yüzlərlə layihələr icra olunub”.

Paylaş

Xəbər lenti

Samuxda ağır yol qəzası - Avtomobil iki hissəyə bölündü, xəsarət alan var Bu gün, 09:48 İstanbulda seldə ölənlərin sayı 5 nəfərə çatdı Bu gün, 09:48 "20 Yanvar" dairəsində yenilik olacaq Bu gün, 09:48 Azərbaycan Premyer Liqasında bu gün "Qarabağ" "Neftçi" ilə qarşılaşacaq Bu gün, 09:48 Füzuliyə köçürülən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Bu gün, 09:48 Türkiyədə qidadan zəhərlənənlərin sayı 88 nəfərə çatdı Bu gün, 09:48 Ağırlıqqaldıranımız Avropa birinciliyində üç medal qazandı Bu gün, 09:48 Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür Bu gün, 00:48 Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür Bu gün, 00:48 Qərbi Azərbaycanın yaddaş yerləri: Amasiya kəndinin tarixi və arxiv faktları Bu gün, 00:48 Bu hallarda insanlarda aqressiya təhlükəli həddə çatır Dünən, 23:48 Tramp Krımdan danışdı Dünən, 23:48 Filipe Kandido: "İlk 10 dəqiqə ərzində "Araz-Naxçıvan"ın qarşısını necə alacağımızı düşünürdük" Dünən, 23:48 Döş xərçənginin ilk əlamətləri açıqlanıb Dünən, 23:48 Alyona Əliyeva rəssam Anar Hüseynzadənin "O" adlı fərdi sərgisinin açılış mərasimindən paylaşım edib Dünən, 23:48 Makron: Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək Dünən, 23:48 Minimum əməkhaqqı artacaq? Dünən, 22:48 İlqarə Kazımova: "Qoy sevməsin heç" Dünən, 22:48 İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" Dünən, 22:48 Bitki yağları dizel mühərriklərinin yanacaq sərfiyyatını artırır - ARAŞDIRMA Dünən, 22:48 Azərbaycanın 2 boksçusu dünya çempionatına qələbə ilə start verib Dünən, 22:48 Ağır cinayətlərə görə cəzanın təxirə salınma qadağası Konstitusiyaya uyğun hesab edilib Dünən, 21:48 Kreml Trampın Zelenski ilə bağlı fikirləri ilə razılaşıb Dünən, 21:48 Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb - SƏBƏBLƏR Dünən, 21:48 Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib Dünən, 21:48 Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama verib Dünən, 21:48 Manatın taleyi necə olacaq? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI Dünən, 20:48 Güclü AQEM və Orta Dəhliz: Bakı sammiti qlobal təhlükəsizliyə nələr vəd edir? Dünən, 20:48 Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb Dünən, 20:48 Bakıda 218 nömrəli yeni marşrut xətti istifadəyə verilir Dünən, 20:48 Ramiz Mehdiyevin təltifləri əlindən alına bilər Dünən, 20:48 Sumqayıt sakinilərini SEVİNDİRƏCƏK XƏBƏR Dünən, 19:48 AMB 2026-2027-ci illər üçün inflyasiya proqnozunu açıqlayıb Dünən, 19:48 İlham Əliyev yaradılmasının 30 illiyi münasibətilə Milli Paralimpiya Komitəsini təbrik edib Dünən, 19:48 Taleh Kazımov: "Pul siyasəti iqtisadiyyatın şaxələndirilməsini təkbaşına təmin edə bilməz" Dünən, 19:48 Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi Dünən, 19:48 Seymur Nəcəfova yüksək vəzifə verildi Dünən, 19:48 Pezeşkian Paşinyanla Azərbaycan dilində salamlaşdı Dünən, 18:48 Kirayəçi və ev sahibi arasında qalmaqal: "Beş qadın hücum çəkdi" Dünən, 18:48 Bakı-Astara qatarı nə vaxt İŞLƏYƏCƏK? - RƏSMİ CAVAB Dünən, 18:48 Ceyhun Bayramov banqladeşli həmkarı ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib Dünən, 18:48 Neft-qazın bahalaşmasının Azərbaycanın CƏB üzrə profisitinə təsiri açıqlanıb Dünən, 18:48 Sabah Bakıda bu yoldan keçməyin Dünən, 18:48 Bağçada dəhşət: "Məndən 5 min manat tələb etdi" Dünən, 17:48 Deputatdan hərbi canilərlə bağlı çağırış: Effektiv mexanizmlər yaradılması təklifi Dünən, 17:48 Xocavənddə ilk tibbi müayinə köşkü quraşdırılıb Dünən, 17:48 Ramiz Mehdiyev YAP-dan da çıxarıldı Dünən, 17:48 İnşaatçılar prospektində piyada keçidi "təhlükə ünvanı"na çevrilib? Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR