
“İsrail hər zaman Azərbaycan daxil olmaqla, türk dövlətləri ilə müsbət münasibətlərə can atıb”.
Bunu “AVESTA.AZ”a açıqlamasında İsraildə fəaliyyət göstərən İqtisadiyyat dünyası mərkəzinin redaktoru, politoloq Reyçel Avraham bildirib.
O qeyd edib ki, bu arzu reallığa çevrilib, çünki İsrailin Azərbaycan, Özbəkistan, indi isə Türkmənistanla əla münasibətləri var: “İsrailin Türkiyə ilə barışığı da mühüm məsələdir”.
“İsrailin Türkmənistanda səfirliyinin açılması isə yəhudi dövlətinin digər türk ölkələri ilə münasibətlərinin möhkəmlənməsinə dair daha bir işarədir”, - o vurğulayıb.
R.Avrahamın sözlərinə görə, Azərbaycanın Təl-Əvivdə səfirliyinin açılmasından sonra ölkələr arasında müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadiyyat, energetika, turizm, təhsil, mədəniyyət və s. sahələrdə fəal əməkdaşlıq gözlənilir.
Ekspertin fikrincə, Azərbaycan və İsrail bütün təhdidlərə qarşı dayanmaq üçün təhlükəsizlik sahəsində misli görünməmiş səviyyədə əməkdaşlıq edəcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.