
Əməkdar artist Elza Seyidcahana həmkarlarının maddi dəstəyi davam edir.
"Səni axtarıram" verilişinə müraciət edən sənətçiyə bu dəfə müğənnni Damla yardım edib. O, Seyidcahana 500 AZN məbləğində maddi dəstək olub.
Sənətçi "Damlanın vaxtında şəklini cırıb atmışdım. Sənətə görə bunu etmişəm" sözlərini söyləyərək Damlanın xeyirxah addımına reaksiya verib.
Daha sonra Əməkdar artist "Vasif Məhərrəmli, Nazpəri Dostəliyeva, Könül Kərimova, Nəzakət Teymurova, Mələkxanım Əyyubovadan dəstək gözləyirdim" sözlərini söyləyib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.