
Bakının Nizami rayonunda 35 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alıb.
"Report"un məlumatına görə, 1988-ci il təvəllüdlü Mehdiyev Mikayıl Haqverdi oğlu idarə etdiyi motosikleti yol kənarındakı maneəyə çırpıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.