7-05-2023, 06:00 793

Bu gün 23 mindən çox şagird və məzun imtahan verəcək

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün tədrisi Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili kimi) imtahanı keçirəcək.

"AVESTA.AZ" xəbər verir ki, bu gün eyni zamanda ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları üçün də Azərbaycan dili (dövlət dili kimi) imtahanı olacaq.

İmtahan ümumilikdə 21 şəhər və rayonda, 105 binada aparılacaq.

İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

İştirakçılar imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- imtahana buraxılış vərəqəsini;

- şəxsiyyəti təsdiq edən sənədin əslini.

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan şəxslər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahanda iştirakçılara 30 tapşırıq təqdim olunur:

- dinləyib-anlamaya dair 1 mətn və mətnə aid 4 tapşırıq (3 qapalı və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 1 tapşırıq);

- dil qaydaları üzrə bilik və bacarıqların yoxlanması üçün 10 qapalı tipli tapşırıq;

- oxuyub anlamaya dair 2 mətn və hər mətnə aid 8 tapşırıq (7 qapalı və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 1 tapşırıq).

İmtahanın müddəti 1 saat 30 dəqiqədir.

Bu il imtahan iştirakçılarının toplaya biləcəkləri maksimum bal 100 baldır. Bu imtahanın nəticəsi şagirdin yekun attestasiya sənədinə yazılacaq. Ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün isə abituriyentlərin balı 50 və daha yuxarı olduqda “məqbul” qiymət almış hesab olunurlar.

Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları imtahanda 30 bal toplaya bilərlər. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.

İmtahanda ümumilikdə 23 108 (Bakıda 15 624, Sumqayıtda 875, Abşeronda 809, Naxçıvanda 70, Gəncədə 1 530, Şəmkirdə 84, Tovuzda 168, Mingəçevirdə 215, Yevlaxda 109, Şəkidə 152, Zaqatalada 337, Balakəndə 222, Qəbələdə 193, Qaxda 194, Bərdədə 231, Göyçayda 258, Şirvanda 308, Lənkəranda 363, Qubada 243, Qusarda 498, Xaçmazda 625) şagirdin (abituriyentin) iştirakı nəzərdə tutulub.

İmtahanın idarə olunması üçün 105 ümumi imtahan rəhbəri, 279 imtahan rəhbəri, 2 160 nəzarətçi-müəllim ayrılıb, 317 buraxılış rejimi əməkdaşı (mühafizə), 105 bina nümayəndəsi ayrılıb.

Paylaş

Xəbər lenti

Bu gün "Formula 1" üzrə Azərbaycan Qran-prisində ikinci günə start veriləcək Bu gün, 08:48 Bu gün Bakının bu ərazilərində işıq olmayacaq Bu gün, 08:48 Bayramov və Mirzoyan iki ölkə arasında nəqliyyat infrastrukturunun açılmasını müzakirə edib Bu gün, 08:48 "Formula 2" üzrə Azərbaycan Qran-prisində sprint yarışı başlayıb Bu gün, 08:48 Tacikistanın Baş naziri Azərbaycana səfərə gəlib Bu gün, 08:48 Vaşinqton Avropadakı müharibəni bitirə biləcək? Zelenski ABŞ-də nələrdən danışdı? Bu gün, 08:48 Azərbaycan üç ölkə ilə viza prosedurunu sadələşdirir Bu gün, 08:48 Efiopiyada münaqişə genişlənir: Tiqray qüvvələri üç hava limanını ələ keçirib Bu gün, 01:48 Ceyhun Bayramov Nyu-Yorkda Azərbaycan – ABŞ strateji tərəfdaşlığının önəmindən bəhs edib Bu gün, 00:48 Almaniyanın Cənubi Qafqaz siyasətində qəribə ritorika: Paşinyanın mükafatlandırılmasının pərdəarxası Bu gün, 00:48 Zəngilanın daha bir kəndində müasir infrastruktur yaradıldı Dünən, 23:48 Həmidə Ömərova: "Bu üç gün ərzində çox qocaldım" Dünən, 23:48 Xanlar Ağalarov: Xəzərin səviyyəsinin azalması Bakı bulvarı üçün də yeni çağırışlar yaradır Dünən, 23:48 Bakı bulvarı Bibiheybət və Zığa qədər uzanacaq? - RƏSMİ CAVAB Dünən, 23:48 Azərbaycandan Rumıniyaya neft ixracının həcmi təxminən 19 faiz artıb Dünən, 22:48 Azərbaycan boksçusu Sübhan Mamedov Avropa çempionu olub Dünən, 22:48 Bakıda məktəbdə valideynlərdən pul yığıldı: Sinif rəhbəri TƏNBEH EDİLDİ Dünən, 22:48 Şahbaz Şərif və Məsud Pezeşkian regional vəziyyəti müzakirə ediblər Dünən, 22:48 Tramp və Si Cinpin Ağ Evdə hərbi mərasimdə Dünən, 21:48 Banklar debet kartların satışına niyə məhdudiyyət qoyub? - YENİ AÇIQLAMA Dünən, 21:48 Azərbaycan Fələstinin dövlətçiliyinə dəstəyini bir daha təsdiqləyib Dünən, 21:48 "Sabah"ın matçına gedənlərin nəzərinə! - Nəqliyyat ayrıldı Dünən, 21:48 Azərbaycan-Kot-d'İvuar ikitərəfli münasibətləri müzakirə olunub Dünən, 21:48 Qazaxıstanda 25 sentyabr ümummilli matəm günü elan edildi Dünən, 20:48 "Birliyin Gücü - 2026": Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub Dünən, 20:48 Xalq artisti: "11 yaşımda ana oldum, mən böyümədim" Dünən, 20:48 Qazaxıstanda həlak olan hərbçilərin sayı 12-yə çatdı Dünən, 20:48 Azərbaycanda milyonluq mülkləri ilə gündəmə gələn deputat İSTEFA VERDİ Dünən, 19:48 Sabirabadda AĞIR QƏZA: Ölən və yaralanan var Dünən, 19:48 "Birliyin Gücü – 2026": Şərti terrorçuların zərərsizləşdirilməsi üzrə fəaliyyətlər icra olunub Dünən, 19:48 Ceyhun Bayramovla Moldovanın XİN rəhbəri görüşüb Dünən, 19:48 Bakı-Sumqayıt yolundan istifadə edən sərnişinlər üçün YENİLİK Dünən, 19:48 Bolt for Business Baku Electronics-də yeni Apple məhsullarının satışına dəstək verir Dünən, 19:48 Ərdoğan: Türkiyə Yunanıstanın düşməni deyil, NATO çərçivəsində müttəfiqidir Dünən, 19:48 "Tuzlu Kahve"nin çəkildiyi lüks malikanənin sahibi açıqlandı Dünən, 18:48 Bakıda turist skuterdən yıxılaraq xəsarət alıb Dünən, 18:48 Prezidentin qanunu imzalamadan Milli Məclisə geri qaytarmasına aydınlıq gətirilib Dünən, 18:48 Aytən Səfərova: "İşıqpulunun çoxluğundan gileylənirik, amma bahalı telefon alırıq" Dünən, 18:48 Sürücülük təlimində ciddi QANUN POZUNTUSU: 17 yaşlı şəxslə əsas yola çıxdı Dünən, 18:48 Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı Dünən, 18:48 Azərbaycanda bank kartları ilə bağlı YENİ QADAĞA Dünən, 17:48 FHN əhaliyə hava xəbərdarlığı edir Dünən, 17:48 Kadir İnanırın pulu və qızılları oğurlandı Dünən, 17:48 "Formula 1": Bakıdakı ikinci sərbəst yürüşdə ən yaxşı nəticəni göstərən pilot müəyyənləşib Dünən, 17:48 Rusiya dronların yığılması üçün 25 minə qədər Şimali Koreya vətəndaşını işə götürür Dünən, 17:48 Kimsəsizlər evində yaşayan 78 yaşlı aktrisanın SON HALI Dünən, 17:48 Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq Dünən, 17:48 74 yaşlı Harvi Vaynşteyn 15 il müddətinə həbs edildi Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR