
"Belarus-Azərbaycan əlaqələrinin inkişafında Heydər Əliyevin müstəsna rolu var".
“Report” xəbər verir ki, bunu Belarus Nümayəndələr Palatasının sədr müavini Valeriy Mitskeviç Milli Məclisin mayın 16-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə keçirdiyi xüsusi iclasda deyib.
O qeyd edib ki, Heydər Əliyev Azərbaycanın uğurlu inkişafında böyük rol oynayıb:
“Belarus-Azərbaycan əlaqələrinin inkişafında Heydər Əliyevin müstəsna rolu var. Heydər Əliyev kursunun layiqli davamçısı Prezident İlham Əliyev Belarusun böyük dostu olduğunu sübut edib. Qarşılıqlı yardım səmərəli əməkdaşlığın təminatıdır".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.