
Azərbaycanla Pakistan arasında ticarət və investisiya əlaqələrinin gücləndirilməsi müzakirə edilib.
“Report” xəbər verir ki, Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov bu barədə tviterdəki hesabında yazıb.
O, qeyd edib ki, Pakistanın Baş Nazirinin ticarət və sənaye üzrə koordinatoru Rana İhsaan Əfzal Xanla görüşüb.
“Pakistanın Baş Nazirinin ticarət və sənaye üzrə koordinatoru Rana İhsaan Əfzal Xanla məhsuldar görüş oldu. Azərbaycanla Pakistan arasında ticarət və investisiya əlaqələrinin daha da gücləndirilməsi yolları, o cümlədən əməkdaşlıq üçün yeni imkanların araşdırılması müzakirə edildi”, - səfir qeyd edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.