
Çempionlar Liqasında final oyunu keçirilib.
Avesta.az xəbər verir ki, həlledici matçda İspaniyanın "Real" və İngiltərənin "Liverpul" klubları qarşılaşıb. Parisdəki "Stade de Frans" stadionunda keçirilən görüş Bakı vaxtı ilə saat 23:00-da başlamalı olsa da, təhlükəsizlik baxımından 23:37-də start götürüb. Görüşdə minimal hesabla qalib gələn ispanlar Çempionlar Liqasını qazanıb.
Qeyd edək ki, indiyə kimi "Real" ÇL-i 13 dəfə, "Liverpul" isə 6 dəfə kuboku başı üzərinə qaldırmışdı.
28 may
23:37. "Liverpul" (İngiltərə) - "Real" (İspaniya) - 0:1
Qol: Vinisius Junior, 59
Paris, "Stad de Frans" stadionu
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.