19-05-2023, 19:41 692

Qatarda oğul doğan ana: “Ermənilərin əlindən qaçıb 40 kilometr piyada yol gəldim”

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində hazırlanan “Həyat hekayəsi” verilişinin növbəti buraxılışı efirə gedib.

“Report” xəbər verir ki, bugünkü buraxılış Qərbi Azərbaycandan deportasiya olunmuş, erməni işgəncələrinə məruz qalmış Zivər Muradovanın həyat hekayəsinə həsr edilib.

O, Zəngəzur mahalının Qafan rayonunda doğulub, 1988-ci ildə ermənilər tərəfindən məcburən deportasiyaya məruz qalıb, rayonda yerləşən Elektron Zavodda işləyən azərbaycanlı kimi başına gətirilən müsibətlərdən, şahidi olduğu hadisələrdən, ermənilərin türklərə qarşı necə nifrət bəsləməsindən danışıb.

Onun sözlərinə görə, 1988-ci ildə erməni-müsəlman davası başlayanda ermənilər Sumqayıtdan zavoda axın ediblər: “Üstümə gəlirdilər ki, sən çıx get burdan, bizim rayonda qalma, sən türksən, öz ölkənə, Azərbaycana çıx get. Mən də kövrəlirdim, pis olurdum...”

Hamilə ola-ola doğma evlərini məcburən tərk etdiyini deyən Z.Muradova başına gələn müsibətləri göz yaşı ilə söyləyib: “Gecə saat üçün yarısı idi, ermənilərin yatan vaxtı idi. Qar da o qədər yağmışdı ki, tərpənmək mümkün deyildi. Biz qorxa-qorxa dəmir yoluna gəldik ki, bizi görməsinlər, yoxsa öldürərlər. Səhər tezdən dəmir yolu relsləri ilə Azərbaycan torpağına üz qoyduq. Otuzuncu kilometr deyilən yer var ora gəldik. Artıq mənim ayaqlarım yerimirdi, 40 kilometrədək yol gəlmişdik. Mən hamilə vəziyyətdə, ayaqlarım yerimirdi.

Bir yük maşını gəldi. Mənə dedilər ki, gəl otur sürücünün yanında. Gəldim sürücünün yanına, baxdım ki, orada bir qaçqın var, qucağında da əkiz övladı var. Mənə yer olmadı. Məni güc-bəla ilə maşının yük yerinə mindirdilər. Şayıflı deyilən yer var, ora gəlib çıxdıq. Məni dörd nəfər bir təhər maşından yerə endirdilər. Artıq heyim yox idi, ayaqlarımın altı qabar olmuşdu. Gəldik Bakı-Zəngilan qatarına mindik. Gördüm, özümü pis hiss edirəm, anama dedim ki, vəziyyətim pisdir. Orada azərbaycanlı qadınlar var idi. Anam onlara yaxınlaşıb dedi ki, qızımın ağrısı tutub. Nəhayət, Cəbrayıl rayonuna gələndə anam və bir nəfər məni qatarda yatızdırdılar və oğlum Namiq dünyaya gəldi...”

O, gec-tez yenə doğulduğu doğma Qafan rayonuna gedib orada yaşayacağına əmin olduğunu bildirib.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Zivər Muradovanın “Həyat hekayəsi”ni “Baku TV”nin yutub kanalında da izləmək mümkündür.

Paylaş

Xəbər lenti

Tramp bir saatda 32 paylaşım etdi – diqqət Yaxın Şərqə yönəldi Bu gün, 21:48 Azərbaycan Basketbol Liqasında yarımfinal cütləri məlum olub Bu gün, 21:48 "Hər il yaxşı məhsul olurdu, amma indi satış yoxdur" - Tovuzlu fermerlərdən ŞİKAYƏT Bu gün, 21:48 ABŞ nümayəndə heyətini daşıyan iki təyyarə İslamabada enib – İranla danışıqlar gözlənilir Bu gün, 20:48 Ukraynalı uşaqların yeni qrupu reabilitasiya üçün Azərbaycana gətirilib Bu gün, 20:48 ABŞ ilə Azərbaycan arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Xartiyanın potensialı müzakirə olunub Bu gün, 20:48 Yağışların müharibə ilə əlaqəsi varmı? - Alimlər nöqtəni qoydular Bu gün, 20:48 Zibil atmaqla bağlı qaydanı pozanlara minlərlə manat cərimə tətbiq olunur Bu gün, 19:48 Lənkəranda maşın təmiri sexində PARTLAYIŞ oldu Bu gün, 19:48 Bakıda TƏHLÜKƏ: 100 ildən çox yaşı olan qamış bina hər an uça bilər Bu gün, 19:48 Şahin Bağırov: "Azərbaycanda voleybolun inkişafına tam əminəm" Bu gün, 19:48 Tailand gəmisi Hörmüz boğazını tərk edib Bu gün, 18:48 Tramp İrana sərt xəbərdarlıq etdi: "Razılaşma olmasa, infrastrukturu məhv edəcəyik" Bu gün, 18:48 Təcili tibbi yardım sürücülərinin işə qəbulu zamanı nələrə diqqət edilir? Bu gün, 18:48 İran raket və dron ehtiyatlarını sürətlə bərpa edir Bu gün, 18:48 Türkiyə, Azərbaycan və Pakistan liderlərinin birgə fotosu beynəlxalq ictimaiyyətə həmrəylik MESAJIDIR Bu gün, 17:48 Cəlilabadda baş verən ağır qəzada bir nəfər ölüb, iki azyaşlı xəsarət alıb Bu gün, 17:48 Yazın dadı cib yandırır: Cəmi beş ədəd alça yeddi manata satılır Bu gün, 17:48 Bakıda sürücülər arasında gərginlik qəza ilə nəticələndi Bu gün, 16:48 Hava kəskin dəyişir: Temperatur 8 dərəcəyədək enəcək, yağış və sel təhlükəsi var Bu gün, 16:48 Aleksandar Vuçiç İlham Əliyevə zəng edib Bu gün, 16:48 Azərbaycan və Ermənistan arasında sülh sazişi yaxın ola bilər - Hakan Fidan Bu gün, 16:48 "Hakim qərarları Hidayətin çempionluğuna mane oldu" – atasından etiraz Bu gün, 16:48 Londonda sinaqoqa hücum cəhdi: bina yandırılmaq istənilib Bu gün, 16:48 Serbiya Prezidenti gələn ay Azərbaycana səfər edəcək Bu gün, 16:48 Sürücülərin DİQQƏTİNƏ! Görünüş məsafəsi məhdudlaşacaq Bu gün, 16:48 Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ Bu gün, 15:48 Bakıda ikimərtəbəli evdə yanğın olub Bu gün, 15:48 Zelim Kotsoyev diskvalifikasiya edilib, yığmamız turniri 4 medalla başa vurub Bu gün, 15:48 DİM yeddi imtahan keçirib, doqquz nəfərdə telefon aşkarlanıb Bu gün, 15:48 Sabahın havası bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər Bu gün, 15:48 "Dizə kimi palçığın içində evə gedirik" - Problem niyə həll olunmur? Bu gün, 15:48 Ağdamda minik avtomobili yanıb Bu gün, 14:48 Füzulidə ağır QƏZA: Ölənlər və yaralılar var Bu gün, 14:48 Boş qalan mənzillərə qənim kəsilən OĞRULAR: Abşeron sakinlərindən SOS siqnalı Bu gün, 14:48 Batumidə iki Azərbaycan vətəndaşında külli miqdarda narkotik aşkarlanıb Bu gün, 14:48 Pezeşkian: Tramp İranın nə üçün öz nüvə hüquqlarından istifadə etməməli olduğuna dair suala cavab vermir Bu gün, 13:48 Avropa çempionatı: Azərbaycan cüdoçusu Zelim Kotsoyev yarımfinala yüksəlib Bu gün, 13:48 "Kızılcık Şerbeti"nə yeni tanınmış aktyor gəlir Bu gün, 13:48 Nizami Gəncəvinin dəfn olunduğu məqbərə kompleksindən REPORTAJ Bu gün, 13:48 "Sabah" növbəti tur çempion ola bilər - "Qarabağ" üçün üçüncülük təhlükəsi Bu gün, 13:48 Avropa çempionatı: Azərbaycan cüdoçusu Zelim Kotsoyev 1/4 finala yüksəlib Bu gün, 12:48 Azərbaycanın bəzi rayonlarında yağış yağır - FAKTİKİ HAVA Bu gün, 12:48 Qərbi Azərbaycan Xronikası: Moskva müqaviləsi Naxçıvanı necə xilas etdi? Bu gün, 12:48 Binəqədi-Balaxanı yolunda sürücülərin kabusu: Çuxurlar maşınları sıradan çıxarır Bu gün, 12:48 Birol: Bəsrə-Ceyhan neft kəməri Hörmüz boğazına alternativ ola bilər Bu gün, 12:48 Sabah Bakıda və Abşeron yarımadasında yağış yağacaq, şimşək çaxacaq Bu gün, 12:48 Onlayn sifarişlərdə müştəriləri gözləyən TƏHLÜKƏLƏR Bu gün, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR