
Bakının Suraxanı rayonunda 49 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.
"Report"un məlumatına görə, hadisə Zığ qəsəbəsində qeydə alınıb. 1974-cü il təvəllüdlü Quliyev Sirac İsgəndər oğlu yolu keçərkən avtomobil onu vurub.
Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Fakt araşdırılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.