
Biləsuvarda bədbəxt hadisə baş verib.
“Report”un Muğan bürosunun məlumatına görə, rayon sakini 2021-cü il təvəllüdlü qız nəzarətsiz qalan zaman boya həlledicisi içib.
Nəticədə az yaşlı qız zəhərlənib. O, dərhal Biləsuvar rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hazırda vəziyyəti ağırdır. Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.