
Biləsuvar rayonunda 26 yaşlı qadın intihar edib.
"AVESTA.AZ"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Ağalıkənd kəndində qeydə alınıb.
İlkin məlumata görə, kənd sakini, 1997-ci il təvəllüdlü M. Bünyatova qarışqa dərmanı içib.
Həkimlərin səyinə baxmayaraq, o, xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.