
ABŞ-ın paytaxtı Vaşinqtonda Azərbaycanın Müstəqillik Gününün və Silahlı Qüvvələr Gününün 105-ci ildönümünə həsr olunmuş təntənəli tədbir keçirilib.
“AVESTA.AZ” xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dakı Səfirliyi məlumat yayıb.
“Vaşinqtonda Azərbaycanın Müstəqillik Gününün və Silahlı Qüvvələr Gününün 105-ci ildönümünə həsr olunmuş möhtəşəm şənlik keçirilib. Bu gecəni qeyd etmək üçün bizə qoşulan bütün qonaqlarımıza təşəkkür edirik”, - səfirlikdən bildirilib.
Mərasimdə Türkiyənin Vaşinqtondakı səfiri Hassan Murat Mercan, eləcə də diğər rəsmi şəxslər, hərbi attaşelər iştirak ediblər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.