
İqtisadiyyat Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə iyunun 7-də sahibkarlarla görüş keçiriləcək.
Bu barədə "AVESTA.AZ"a AZPROMO-dan bildirilib.
Məlumata görə, görüş Azərbaycan Nazirlər Kabinetinin 2023-cü il 10 aprel tarixli 102 nömrəli Qərarı ilə “Malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nda edilmiş dəyişikliklər, müvafiq gömrük prosedurundan istifadə icazəsinin alınması üçün müraciət edilməsi zamanı tələb olunan sənədlər, eləcə də ümumilikdə qaydalar barədə məlumatlandırma işlərinin aparılması, həmin prosedurdan istifadə edən şəxslərin dairəsinin genişləndirilməsi məqsədilə təşkil edilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.