9-06-2023, 23:56 721

“Kişi paltarı geyindi ki, ermənilər onu qadın kimi öldürməsinlər” - Qərbi Azərbaycan Xronikası

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı efirə gedib.

“Report” xəbər verir ki, “Erməni zülmündən kişi paltarı geyinərək qurtulan qadın” altbaşlıqlı veriliş Qərbi Azərbaycandan deportasiya edilmiş, Pəmbək mahalının Hamamlı (indiki Spitak) rayonunun Saral kənd sakini Şəmsiyyə Mustafayevanın həyat hekayəsinə həsr olunub.

O, uşaqlıq və gənclik illərinin o kənddə keçdiyini bildirib, yaddaşında qalan epizodlar, sevindirici və kədərli hallardan söz açıb: “Atam həmişə bizə oxumağı öyrədirdi, oxumağa meyliliyi təbliğ edirdi və həmişə sözarası deyirdi ki, siz hələ bu ermənilərin iç üzünü görməmisiniz. Ona görə siz mütləq oxumalısınız və oxuyandan sonra siz onların bizə qarşı olan hisslərini duya bilərsiniz. İllər keçdikcə mən böyüdüm, Bakı Dövlət Universitetini bitirdim, orada, öz kəndimizdə kitabxanada müdir işləyirdim və ermənilərlə əlaqəm olurdu. Bu zaman doğrudan da onların bizə tam fərqli, həmişə bizi aşağılamağını, həmişə bizə qarşı ikili yanaşmalarının şahidi olurdum”.

Ş.Mustafayeva özünün başına gələn hadisələrdən, ermənilərin azərbaycanlılara qarşı nifrətindən bəhs edib: “Avtobuslarda həmişə bizə qarşı ikrah hissi yaranırdı. Ermənilər əyləşəndən sonra axırda bizə yer verirdilər. Dükanlarda, mağazalarda çətin tapılan malları ermənilər almayanadək bizə heç nə vermirdilər. Türkləri orada 2-ci, 3-cü dərəcəli adam kimi sayırdılar. 1988-ci ildə orada işləyirdim. Hadisələr baş verəndə zəlzələ oldu. Mən kişi paltarı geyinirdim ki, erməninin əlinə keçəndə məni qadın kimi öldürməsinlər. Mən kişi kimi ölüm, arxadan vursunlar”.

Saral sakini kövrələrək orada əzizlərinin uyuduğunu, qayıtmaq şansı olsa, oraya birinci gedəcəyini söyləyib: “Orada bizim ocağımız var. Armud ocağı deyilən bir ocağımız var. Əgər getsəm, mən orda dizin-dizin sürünərəm”.

Onun sözlərinə görə, 2023-cü ilin mart ayında Qayıdış Konsepsiyasının qəbul olunması hamımızı sevindirdi: “Mənim üçün bu konsepsiyanın yaranması mənəvi cəhətdən, ruhən dincəlməyimə səbəb oldu. Yəni biz öz dədə-baba torpaqlarımıza qayıtmaq şansını belə hesab edirəm ki, bir addım irəli atmış olduq. Belə ümid edirik ki, biz öz yurdumuza qayıdacağıq. Bu sözü mən dedikcə nə qədər nisgilli olsam da, gözlərim gülür və həmişə sevinc içində yaşayıram”.

Şair təbiətli Ş.Mustafayeva Vətən həsrətini yazdığı şeirlə ifadə edib:

Nalə qopdu, neçə qızdan-qadından,

Biz də daddıq ayrılığın dadından,

Heç çıxarmı hər bir kəsin yadından,

Fikrim, xəyalım yenə Saralı gəzir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Paylaş

Xəbər lenti

ABŞ nümayəndə heyətini daşıyan iki təyyarə İslamabada enib – İranla danışıqlar gözlənilir Bu gün, 20:48 Ukraynalı uşaqların yeni qrupu reabilitasiya üçün Azərbaycana gətirilib Bu gün, 20:48 ABŞ ilə Azərbaycan arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Xartiyanın potensialı müzakirə olunub Bu gün, 20:48 Yağışların müharibə ilə əlaqəsi varmı? - Alimlər nöqtəni qoydular Bu gün, 20:48 Zibil atmaqla bağlı qaydanı pozanlara minlərlə manat cərimə tətbiq olunur Bu gün, 19:48 Lənkəranda maşın təmiri sexində PARTLAYIŞ oldu Bu gün, 19:48 Bakıda TƏHLÜKƏ: 100 ildən çox yaşı olan qamış bina hər an uça bilər Bu gün, 19:48 Şahin Bağırov: "Azərbaycanda voleybolun inkişafına tam əminəm" Bu gün, 19:48 Tailand gəmisi Hörmüz boğazını tərk edib Bu gün, 18:48 Tramp İrana sərt xəbərdarlıq etdi: "Razılaşma olmasa, infrastrukturu məhv edəcəyik" Bu gün, 18:48 Təcili tibbi yardım sürücülərinin işə qəbulu zamanı nələrə diqqət edilir? Bu gün, 18:48 İran raket və dron ehtiyatlarını sürətlə bərpa edir Bu gün, 18:48 Türkiyə, Azərbaycan və Pakistan liderlərinin birgə fotosu beynəlxalq ictimaiyyətə həmrəylik MESAJIDIR Bu gün, 17:48 Cəlilabadda baş verən ağır qəzada bir nəfər ölüb, iki azyaşlı xəsarət alıb Bu gün, 17:48 Yazın dadı cib yandırır: Cəmi beş ədəd alça yeddi manata satılır Bu gün, 17:48 Bakıda sürücülər arasında gərginlik qəza ilə nəticələndi Bu gün, 16:48 Hava kəskin dəyişir: Temperatur 8 dərəcəyədək enəcək, yağış və sel təhlükəsi var Bu gün, 16:48 Aleksandar Vuçiç İlham Əliyevə zəng edib Bu gün, 16:48 Azərbaycan və Ermənistan arasında sülh sazişi yaxın ola bilər - Hakan Fidan Bu gün, 16:48 "Hakim qərarları Hidayətin çempionluğuna mane oldu" – atasından etiraz Bu gün, 16:48 Londonda sinaqoqa hücum cəhdi: bina yandırılmaq istənilib Bu gün, 16:48 Serbiya Prezidenti gələn ay Azərbaycana səfər edəcək Bu gün, 16:48 Sürücülərin DİQQƏTİNƏ! Görünüş məsafəsi məhdudlaşacaq Bu gün, 16:48 Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ Bu gün, 15:48 Bakıda ikimərtəbəli evdə yanğın olub Bu gün, 15:48 Zelim Kotsoyev diskvalifikasiya edilib, yığmamız turniri 4 medalla başa vurub Bu gün, 15:48 DİM yeddi imtahan keçirib, doqquz nəfərdə telefon aşkarlanıb Bu gün, 15:48 Sabahın havası bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər Bu gün, 15:48 "Dizə kimi palçığın içində evə gedirik" - Problem niyə həll olunmur? Bu gün, 15:48 Ağdamda minik avtomobili yanıb Bu gün, 14:48 Füzulidə ağır QƏZA: Ölənlər və yaralılar var Bu gün, 14:48 Boş qalan mənzillərə qənim kəsilən OĞRULAR: Abşeron sakinlərindən SOS siqnalı Bu gün, 14:48 Batumidə iki Azərbaycan vətəndaşında külli miqdarda narkotik aşkarlanıb Bu gün, 14:48 Pezeşkian: Tramp İranın nə üçün öz nüvə hüquqlarından istifadə etməməli olduğuna dair suala cavab vermir Bu gün, 13:48 Avropa çempionatı: Azərbaycan cüdoçusu Zelim Kotsoyev yarımfinala yüksəlib Bu gün, 13:48 "Kızılcık Şerbeti"nə yeni tanınmış aktyor gəlir Bu gün, 13:48 Nizami Gəncəvinin dəfn olunduğu məqbərə kompleksindən REPORTAJ Bu gün, 13:48 "Sabah" növbəti tur çempion ola bilər - "Qarabağ" üçün üçüncülük təhlükəsi Bu gün, 13:48 Avropa çempionatı: Azərbaycan cüdoçusu Zelim Kotsoyev 1/4 finala yüksəlib Bu gün, 12:48 Azərbaycanın bəzi rayonlarında yağış yağır - FAKTİKİ HAVA Bu gün, 12:48 Qərbi Azərbaycan Xronikası: Moskva müqaviləsi Naxçıvanı necə xilas etdi? Bu gün, 12:48 Binəqədi-Balaxanı yolunda sürücülərin kabusu: Çuxurlar maşınları sıradan çıxarır Bu gün, 12:48 Birol: Bəsrə-Ceyhan neft kəməri Hörmüz boğazına alternativ ola bilər Bu gün, 12:48 Sabah Bakıda və Abşeron yarımadasında yağış yağacaq, şimşək çaxacaq Bu gün, 12:48 Onlayn sifarişlərdə müştəriləri gözləyən TƏHLÜKƏLƏR Bu gün, 11:48 Maşın bazarında DURĞUNLUQ yaranıb - Avtomobillərə maraq NİYƏ AZALIB? Bu gün, 11:48 Xalq artisti: "Müğənni olmağım onlar üçün dəhşətli bir şey idi" Bu gün, 11:48 Samuxda əkin sahəsindən kişi meyiti tapılıb Bu gün, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR