
Sabirabad rayonunda kişi meyiti aşkarlanıb.
“AVESTA.AZ”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Narlıq kəndi ərazisində qeydə alınıb.
Belə ki, kənd sakini, 1986-cı il təvəllüdlü Ağakişiyev Vüsal Ağakərim oğlunun meyiti Kür çayı sahilində tapılıb.
Onun ölümünün səbəbi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.