
Məhkəmə-Hüquq Şurasının sədri Şuranın yalnız hakim üzvləri sırasından seçiləcək
"AVESTA.AZ"un xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı "Məhkəmə-Hüquq Şurası haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.
Qanuna əsasən, Məhkəmə-Hüquq Şurasının hakim üzvləri hakimlərin konfransı tərəfindən (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən təyin edilən hakim istisna olmaqla), Məhkəmə-Hüquq Şurasının sədri isə Şuranın yalnız hakim üzvləri sırasından seçiləcəklər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.