17-06-2023, 15:55 531

Süni intellekt cihazları, tibbi oksigen stansiyası, iki əməliyyat otağı - Kəlbəcərdəki hospitaldan REPORTAJ

Ümummilli Lider Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli Sərəncamı ilə Azərbaycanın sosial inkişafı sahəsində tibb işçilərinin böyük xidmətləri və Azərbaycan Xalq Cümhuriyyətinin ilk Səhiyyə Nazirliyinin 1918-ci il iyunun 17-də yaradılması nəzərə alınaraq, ölkəmizdə hər il iyunun 17-si ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur. Bu münasibətlə Müdafiə Nazirliyinin təşkilatçılığı ilə media nümayəndələri üçün Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin mayın 27-də açılışı etdiyi Kəlbəcərdəki hərbi hospitala mediatur təşkil edilib.

"AVESTA.AZ"un Kəlbəcərə ezam olunan əməkdaşı xəbər verir ki, səfər çərçivəsində KİV nümayəndələri hərbi hospitalda yaradılan şəraitlə, pasiyentlərin müalicəsi, eyni zamanda, iş prosesi ilə yaxından tanış olublar.

Tibb xidməti polkovniki Hüseyn Əliyev deyib ki, uzun müddətdir Azərbaycan Ordusunda xidmət edir: “Bir çox yerlərdə xidmət etmişəm. Bu hospital Prezident, Ali Baş Komandan İlham Əliyevin xüsusi tapşırığı əsasında yaradılıb. Müasir, tam rəqǝmsal, süni intellektə əsaslanan tibbi cihaz və avadanlıqlarla təchiz olunan bu hərbi hospitalda poliklinika, terapiya, cərrahiyyə, anesteziologiya-reanimasiya bölmələrindən ibarət birinci müalicə korpusu, yoluxucu xəstəliklər və dəri xəstəlikləri bölmələrindən ibarət ikinci müalicə korpusu, qərargah binası, eləcə də daimi tibbi oksigen təminatı üçün stansiya, camaşırxana-qazanxana, nəzarət-buraxılış məntəqəsi və yeməkxana tikilib”.

O qeyd edib ki, poliklinika bölməsində ixtisaslar üzrə oftalmoloq, otorinolarinqoloq, kardioloq, stomatoloq, nevroloq, psixiatr, fizioterapevt və digər kabinetlər açılıb: “Burada təcili yardım otağında ilkin yardım göstərmək üçün də hər cür şərait mövcuddur. Onu da deyim ki, hospitalda iki əməliyyat otağı fəaliyyət göstərir. Müalicə korpuslarında hərbi qulluqçulara yüksək səviyyədə tibbi xidmət göstərilməsi, o cümlədən onların müayinə və müalicəsi üçün bütün şərait yaradılıb. Laboratoriya bölməsi ən yüksək standartlara cavab verir. Burada müasir laborator müayinə üsulları tətbiq edilməklə klinik, biokimyəvi və mikrobioloji analizlərin aparılması mümkündür. Hərbi hospitalımız bioloji təmizləmə qurğusu, ehtiyat generator, cərrahi əməliyyatların fasiləsizliyi üçün UPS, mərkəzləşdirilmiş su, istilik və digər kommunikasiya sistemləri ilə tam təchiz olunub. Bundan əlavə, hərbi hospitalın avtomobil parkında reanimobillər, yolsuzluq şəraitində təxliyə üçün ambulanslar, çöl şəraitində hərbi qulluqçulara tibbi xidmət göstərilməsi üçün avtomobillər var”.

Tibb xidməti kapitanı Urfan Mehdizadə burada yüksək şəraitinin yaradıldığını söyləyib: “Son dövrlər postlarda və hərbi hissələrdə məişət şəraitinin yaxşılaşdırılması bir çox dəri xəstəliklərinin kəskin şəkildə azalmasına, ümumiyyətlə rast gəlinməməsinə səbəb olub. Bu da sevindirici haldır. Azad edilən ərazimizdə belə yüksək səviyyədə tikilən hərbi hospitalda xidmət etmək böyük şərəfdir”.

Tibb xidməti leytenantı Vüsal Qasımov da çalışdığı hospitalda dövlət tərəfindən xüsusi şəraitin yaradıldığını qeyd edib: “Mən hər zaman hərbçilərimizə xüsusi diqqət və qayğı ilə yanaşan Ordumuzun rəhbərliyinə bizim üçün belə bir şərait yaradıldığına görə minnətdaram. Mən burada hərbçi qardaşlarımın dişlərinin müalicə və müayinəsi ilə məşğul oluram. Hospitalımız bütün lazımi avadanlıqlarla təmin olunub”.

Paylaş

Xəbər lenti

Ərkivanda 200 illik sirli əmanət və cehizlə başlayan böyük sərvət Bu gün, 09:48 Toy və banket zamanı gözlənilməz xərcdən necə yayınaq? Bu gün, 09:48 Azərbaycan Basketbol Liqası: III turun daha bir oyunu bu gün keçiriləcək Bu gün, 09:48 FHN: Ötən həftə 149 yanğına çıxış olub, 4 nəfərin meyiti tapılıb Bu gün, 09:48 Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olunub Bu gün, 09:48 Gəncədə bıçaqlanan teatr mühafizəçisinin son vəziyyəti açıqlandı Bu gün, 09:48 Bakının bu rayonunda iki gün SU OLMAYACAQ Bu gün, 08:48 Şəmkirdə DSX əsgərinin güllələnməsi ilə bağlı iki nəfər həbs edildi Bu gün, 08:48 Bank əməliyyatlarında yeni ödəniş: Vətəndaşı nə gözləyir? Bu gün, 08:48 Bu gün Nizami rayonunun bəzi ərazilərində işıq olmayacaq Bu gün, 08:48 Plastik tullantılardan peçenye hazırlanır? Bu gün, 08:48 Paytaxtda 15 yolda tıxac var Bu gün, 08:48 Çuxura düşən avtomobilə dəyən zərəri kim qarşılamalıdır? Bu gün, 08:48 Hər şeyi əvvəlcədən planlaşdıran 5 bürc Bu gün, 00:48 Səudiyyə Ərəbistanı ilə husilər arasında hərbi qarşıdurma güclənib Dünən, 23:48 Almaniyada göldə qızıl külçə tapan yeniyetmə 6 ay sonra sərvət sahibi olub Dünən, 23:48 Bu meyvə payızın qızılı hesab olunur: sağlamlıq üçün faydaları Dünən, 23:48 İstanbulda sel fəlakətində ölənlərin sayı 6-ya çatıb Dünən, 22:48 ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarının mübadiləsini bərpa edib Dünən, 22:48 Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb Dünən, 22:48 Trampdan Fransaya çağırış: Sərhədləri BAĞLAYIN Dünən, 22:48 Naxçıvanda zəncirvari yol qəzası olub, xəsarət alanlar var Dünən, 21:48 Keniyada Ebola virusuna yoluxanların sayı 7-yə çatıb Dünən, 21:48 Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var Dünən, 21:48 Sumqayıtda tikilidə təmir işləri aparan şəxs xəsarət alıb Dünən, 20:48 Azərbaycan gimnastı Dünya Kubokunun qalibi oldu Dünən, 20:48 Ermənistanın Azərbaycana qarşı mina müharibəsi Romada fotofaktlarla nümayiş etdirilib Dünən, 20:48 Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü Dünən, 19:48 Azərbaycan şirkətləri Avropa bazarındakı imkanlardan niyə tam istifadə edə bilmirlər? Dünən, 19:48 Ovçuluq bileti almaq istəyənlərin nəzərinə: Qiymətlər və qaydalar açıqlandı Dünən, 19:48 Əraqçi: İran özünü müdafiə etməyə əvvəlkindən daha hazırdır Dünən, 19:48 Güngör Yavuzarslan: "Türkiyə-Azərbaycan qardaşlığı türk dünyasının lokomotividir" Dünən, 18:48 Premyer Liqa: "İmişli" "Turan Tovuz"u məğlub edib Dünən, 18:48 Sahibə Qafarova Qırğız Respublikasında səfərdədir Dünən, 18:48 Xırdalanda uşaq əyləncə mərkəzində başlayan yanğın restorana keçib - Sakinlər danışdı Dünən, 18:48 "Şahinlərin Görüşü - 2026" təliminin iştirakçıları Hərbi Qənimətlər Parkında olublar Dünən, 17:48 20 min manata yaxın aliment borcu olan ata həbs edildi Dünən, 17:48 Vens: ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüz boğazını qorumasa, benzin üç dəfə bahalaşa bilərdi Dünən, 17:48 Səudiyyə Ərəbistanında iki Banqladeş vətəndaşı edam edilib Dünən, 16:48 İlyas Yalçıntaş barəsində 10 ildən çox həbs cəzası tələb olunur Dünən, 16:48 Çaylardan sel keçəcək, dolu düşəcək Dünən, 16:48 Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü ilə əlaqədar təbrik edib Dünən, 16:48 Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı qərar verəcəyini açıqlayıb Dünən, 15:48 Hindistanda yük maşını izdihamın üzərinə çırpılıb: 15 nəfər ölüb Dünən, 15:48 Azərbaycanın nəqliyyat infrastrukturunda yeni dövrün başlanğıcı: Ödənişli yollar effektlidirmi? Dünən, 15:48 "Qalatasaray"ın futbolçusu Rafael Leaunun zədəsinin səbəbi bəlli olub Dünən, 14:48 Rusiya ərazisində 1015 pilotsuz uçuş aparatı məhv edilib Dünən, 14:48 Fransada etirazlar zamanı mağazalarını qorumağa çalışan qadının görüntüləri yayıldı Dünən, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR