
Türkiyəli müğənni İlyas Yalçıntaş barəsində narkotik vasitələrin satışı və ya verilməsi ittihamı ilə ittiham aktı hazırlanıb.
BAKU.WS xəbər verir ki, İstanbulun Bakırköy Prokurorluğunun hazırladığı sənəddə müğənninin azı 10 il müddətinə azadlıqdan məhrum edilməsi tələb olunur.
İttiham aktına əsasən, Yalçıntaşın ünvanında aparılan axtarış zamanı marixuana üyütmək üçün iki aparat, həssas tərəzi və içərisində bitki qalıqları olduğu ehtimal edilən banka aşkarlanıb. Onun mobil telefonundakı bəzi yazışmaların da narkotik vasitələrin alqı-satqısı ilə əlaqəli ola biləcəyi bildirilib.
Müğənni isə ifadəsində narkotik istifadə etmədiyini deyib. O, bankadakı maddənin kəklikotu olduğunu, üyütmə aparatlarını dostunun hədiyyə etdiyini, tərəzidən isə idmanla əlaqədar qidalanmasına nəzarət etmək üçün istifadə etdiyini bildirib.
Sənəddə həmçinin Yalçıntaşın qan və saç nümunələrinin analizində THC metabolitinin və kokainin aşkarlandığı qeyd olunub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.