
Bu gün saat 16 radələrində paytaxtın Xətai rayonu Məhəmməd Hadi küçəsində yol-nəqliyyat hadisəsi baş verib.
AVESTA.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, Əhmədli metrostansiyasının qarşısında "BMW" və "Hyundai" markalı avtomobillər toqquşub.
Nəticədə 1 nəfər həyatını itirib.
Hadisə ilə bağlı polis araşdırma aparır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.