
ABŞ-nin vitse-prezidenti Cey Di Vens Hörmüz boğazında hərbi mövcudluğun enerji qiymətlərinə təsiri barədə danışıb.
AVESTA.AZ xəbər verir ki, Vens "CBS" telekanalına müsahibəsində ABŞ Hərbi Dəniz Qüvvələrinin neft və qazın Hörmüz boğazından daşınmasının təhlükəsizliyini təmin etməsinin vacib olduğunu bildirib.
Onun sözlərinə görə, ABŞ hərbçiləri bölgədə olmasaydı, ölkədə benzin qiymətləri indiki səviyyədən üç dəfə yüksək ola bilərdi. Vens həmçinin hərbi qüvvələrin bölgədən çıxarılmasının enerji daşıyıcılarının qiymətinin kəskin artmasına səbəb ola biləcəyini deyib.
Vitse-prezident qeyd edib ki, Vaşinqton enerji təchizatının davamlılığını qorumağa və Tehrandan İranın nüvə proqramının məhdudlaşdırılması ilə bağlı konkret öhdəliklər almağa çalışır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.