
Nyu Yorkda yaşayış binasında baş verən yanğın nəticəsində azı 4 nəfər ölüb.
“Report” “The New York Times”a istinadən xəbər verir ki, yanğın Manhettendəki altımərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən elektrikli velosiped təmiri sexində baş verib.
Hadisə nəticəsində 6 nəfər xəstəxanaya yerləşdirilib, onlardan 4-nün öldüyü elan edilib, ikisinin vəziyyəti isə ağırdır.
Yanğının başvermə səbəbləri barədə hələlik məlumat verilmir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.