21-06-2023, 13:51 534

İran vətəndaşlarına sadə vizanın çətinləşdirilməsi – Tehranın qazandığı etimadsızlıq - ŞƏRH

Həm o tayda, həm də bu tayda hər kəs İran hakimiyyətinin Azərbaycana qarşı fəaliyyətinin şahididir. Tehran rejiminin anti-Azərbaycan addımları elə uzaq keçmişdə baş verməyib. Çox uzağa getməyək, İranın elə 2023-cü ildə Azərbaycana qarşı davranışı bütün əlaqələri kəsməyə kifayət edərdi.

Bəzilərini yada salaq. Yanvarın 27-də Azərbaycanın İrandakı Səfirliyinə qarşı həyata keçirilmiş terror hücumu nəticəsində səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərov şəhid olub, iki əməkdaş - Vasif Tağıyev və Mahir İmanov isə ağır dərəcəli bədən xəsarətləri alıblar. Bu terror hücumundan 5 aya yaxın vaxt keçsə də, İran tərəfi rəsmi Bakının məsələ ilə bağlı tələblərinə hələ də əməl etməyib. Azərbaycanın tələbləri isə açıq və aydındır: Tehranın səfirliyə hücumunun terror olduğunu etiraf etməsi; fakt üzrə davam edən cinayət işinin istintaqına Azərbaycan tərəfinin də cəlb olunması; Azərbaycanın İran ərazisindəki diplomatik missiyasının və nümayəndəliklərinin yerləşdikləri binaların, əməkdaşlarının, diplomatlarının və yaşadıqları evlərin təhlükəsizliyinin təmin olunması və s. Ancaq İran rejimi bu terror hücumunu adi məişət hadisəsi kimi təqdim edir, istintaq da bu istiqamətdə aparılır.

Tehran rejimi şirnikləndirərək İranda ələ aldığı Azərbaycan vətəndaşlarından öz ölkəsinə qarşı istifadə edir. İranı İnqilab Keşikçiləri Qvardiyasının “Qüds” qoşununun yaratdığı “Hüseyniyun” qruplaşması Azərbaycan dövlətinin mövcudluğuna qarşı fəaliyyət göstərir. Azərbaycan tərəfi İran rejimindən iki ölkə arasında bu istiqamətdə imzalanmış müqaviləyə əməl etməyə çağırıb. Ancaq təəssüf ki, bu istiqamətdə də Tehran özünü görməzliyə, anlamazlığa vurur. Tehranın xüsusi xidmət oraqları İrana səfər edən Azərbaycan vətəndaşlarını müxtəlif bəhanələrlə öz maraqlarına işlətməyə çalışır. Başqa əcnəbilər kimi, onları da “İslam Respublikası”nın polisi və ya ETTELAAT-ı saxlayır. Bu yaxınlarda Almaniyada təhsil alan azərbaycanlı Fərid Səfərlinin İranda itkin düşməsi hadisəsini də ictimaiyyət yaxşı xatırladır. Uyğun qurumlar onun ölkədə olmadığını iddia edirdi, üç aydan sonra bəyan etdilər ki, Fərid Səfərli “casusluq” ittihamı ilə həbs olunub. Təkcə bu üç fakt İran hakimiyyətinin Azərbaycana qarşı münasibətinin xoş olmadığını sübut etməyə kifayət edər.

Tehran rejiminin qonşu müsəlman dövlətə qarşı düşmənçilik münasibəti rəsmi Bakını da cavab addımları atmağa, tədbirlər görməyə vadar edir. Azərbaycan Tehrandakı səfirliyinin fəaliyyətini minimuma endirib. “Hüseyniyun”un fəaliyyəti ilə bağlı İrana xəbərdarlıq edib. 2023-cü il iyunun 23-dən isə rəsmi Bakı İran vətəndaşlarına Azərbaycanın beynəlxalq hava limanlarında viza rəsmiləşdirilməsini dayandıracaq. Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib ki, Azərbaycana səfər edəcək İran vətəndaşları öncədən “ASAN viza” almalı və ya Azərbaycanın Təbrizdəki Baş Konsulluğundan viza əldə etməlidirlər”. Onun sözlərinə görə, iranlılar üçün sadə viza prosedurları Azərbaycanın ziyanına işləyir...

İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi “Azərbaycanın bu addımını necə dəyərləndirirsiniz” sualına cavabında deyib: “İranla Azərbaycan arasındakı münasibətlər ən aşağı səviyyəyə enib”.

Əslində, iki qonşu və müsəlman ölkə arasında münasibətlərin “ən aşağı səviyyədə” olmasının başlıca səbəbkarı İrandakı hakimiyyətdir. Onun qonşu dövlətə qarşı sözdə xoşrəftar, əməldə isə düşməncəsinə davranışından İran vətəndaşları əziyyət çəkirlər. Onların qonşu ölkəyə və qohumlarına baş çəkmək üçün səfərlərinə problem yaradır. Bundan başqa qeyd etmək lazımdır ki, Tehran hakimiyyətinin yürütdüyü siyasət də beynəlxalq miqyasda İran vətəndaşlarının etibardan düşməsinə də təsirsiz ötüşməyib. Bu rejim vətəndaşlarına qara yaxıb, onları tutur, həbs və edam edir, etiraz aksiyalarının qarşısını hərbi-polis qüvvələri ilə alır. Bununla o, dünya ictimaiyyətində iranlıların narkokuryer, pozucu, terrorçu kimi xoşagəlməz və bu ölkələrin vətəndaşlarına yaraşmayan obrazını yaradıb. Azərbaycan XİN-in öz vətəndaşlarına İrana səfər etməməyi məsləhət görüb. Fərid Səfərlinin başına gələnlər bu qərarın doğruluğunu təsdiqləyir. Xəbərdarlıq həm də İrandakı vəziyyəti qiymətləndirmək üçün də yetərli sayıla bilər. Vətəndaşlarına məhdudlaşdırıcı addımların atılmasının da məsuliyyətini rəsmi Tehran daşıyır. Ona görə də demək olar ki, bu rejimin mövcudluğu Azərbaycan və İran vətəndaşlarının ziyanınadır.

Paylaş

Xəbər lenti

Sabah bu ərazidə işıq kəsiləcək Bu gün, 17:48 "Real Madrid" Brahim Diasla müqavilənin müddətini uzatdı Bu gün, 17:48 Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib Bu gün, 17:48 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı Bu gün, 17:48 Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilənlərin məhkəməsi başlayıb Bu gün, 16:48 Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi Bu gün, 16:48 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi Bu gün, 16:48 Sumqayıt Sənaye Parkında çox qatlı klapanlı kraft-kağız kisə istehsal olunacaq Bu gün, 16:48 Azərbaycan və Estoniya XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər Bu gün, 16:48 "ARB 24"ün 8 yaşı tamam olur Bu gün, 16:48 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiq edib Bu gün, 16:48 Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb Bu gün, 16:48 Bakıda ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı sənədlər və icazələr tələb olunur? Bu gün, 15:48 Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? – ƏTRAFLI Bu gün, 15:48 Qərbi Azərbaycanla bağlı muzey yaradılması nəzərdən keçirilir Bu gün, 15:48 Azərbaycanda daha 124 yeni dövlət standartının layihəsi hazırlanıb Bu gün, 15:48 "Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğunun Əsasnaməsi" təsdiqlənib Bu gün, 15:48 Azərbaycan-Gürcüstan sərhədini pozan şəxslərdən narkotik maddə müsadirə edilib Bu gün, 15:48 Məhkəmə 250 mini mənimsəyən satış müdiri barədə qərar verdi Bu gün, 15:48 Cəzaçəkmə müəssisəsinə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb Bu gün, 14:48 Həkim xəstəxana tualetlərində 874 qadını gizlicə kameraya çəkib Bu gün, 14:48 Ceyhun Bayramov: Azərbaycan ATƏT-də sədrliyə namizədliyinin irəli sürülməsinə razıdır Bu gün, 14:48 Horadiz–Ağbənd dəmir yolu xəttinin tikintisi davam etdirilir Bu gün, 14:48 Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb Bu gün, 14:48 Polis kredit götürmək istəyənə qarşı dələduzluq edən şəxsi saxlayıb Bu gün, 14:48 3 gün ardıcıl yağış və qar yağacaq - XƏBƏRDARLIQ Bu gün, 14:48 Mürsəl İbrahimov yeni rəis təyin etdi Bu gün, 14:48 Azərbaycan və Estoniya XİN başçılarının geniştərkibli görüşü olub Bu gün, 13:48 Horadiz-Ağbənd dəmir yolu xəttində 5 körpü tikilib Bu gün, 13:48 Sənədsiz evlərlə bağlı ŞAD XƏBƏR - Milli Məclisdə VACİB TƏKLİF Bu gün, 13:48 ABŞ-də fırtına 500 mindən çox abonenti işıqsız qoydu Bu gün, 13:48 Türkiyədə məşhurlara qarşı istintaq - 3 tanınmış şəxs həbs edildi Bu gün, 13:48 El-Ninyo 1950-ci ildən bəri ən güclü həddə çata bilər Bu gün, 13:48 Qan analizi verənlərə xəbərdarlıq: Şəkərsiz qəhvə də nəticələri dəyişə bilər Bu gün, 13:48 Ceyhun Bayramov: Azərbaycan və Estoniya arasında 8 sənəd üzərində iş aparılır Bu gün, 13:48 "İnter" və "Yuventus" Azərbaycanın U-21 millisinin futbolçusu Lorenzo Mezzotero ilə maraqlanırlar Bu gün, 12:48 Mincivanda hərbi qulluqçulara xidməti mənzillərin orderləri təqdim edilib Bu gün, 12:48 Aparıcı Fira Cəlilova bağındakı əməliyyatla bağlı yeni video yaydı Bu gün, 12:48 Bir sıra mallar bütün gömrük ödənişlərindən azad oluncaq Bu gün, 12:48 Azərbaycanda şənbə günü hava dumanlı olacaq Bu gün, 12:48 Beşinci mərtəbədən yıxılaraq ölən tələbə vəfatından əvvəl atasına nə deyib? Bu gün, 12:48 Avtoservisdə ustanın 5 min manatı oğurlandı - Müştəri saxlanıldı Bu gün, 12:48 Ali məktəbdə təhsil alan uşaqlar üçün aliment ödənişlərinin 23 yaşa qədər uzadılması təklif edilib Bu gün, 12:48 Bankdan kredit götürənləri SEVİNDİRƏCƏK XƏBƏR - Borclar... Bu gün, 11:48 Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib Bu gün, 11:48 JAECOO Ginnesin Rekordlar Kitabına düşdü: üç zirvə və yeni dünya rekordu Bu gün, 11:48 İsa Həbibbəyli: Qafqaz Albaniyasının tarixi ilə bağlı araşdırmalar genişləndiriləcək Bu gün, 11:48 Milli Məclisin iclası başlayıb, 10 məsələ müzakirə ediləcək Bu gün, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR