21-06-2023, 13:28 438

Bakıda abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Bizim həyət” layihəsi çərçivəsində yenilənən daha bir həyət sakinlərin istifadəsinə verilib.

“Report” xəbər verir ki, yenilənmiş həyət Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 146 a, 148 a, 150 a və Nəcəf Nərimanov 3 ünvanda 750-dən çox sakinin yaşadığı beşmərtəbəli binaları əhatə edir.

“Bizim həyət” layihəsinin əsas məqsədi ölkə ərazisində həyətlərin ekoloji cəhətdən təmiz və abad edilməsi, şəhər ekologiyasının sütununu təşkil edən yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.

Abadlaşdırılan növbəti həyətdə əlil və sağlamlıq imkanları məhdud olan insanların rahat hərəkəti nəzərə alınıb, eləcə də müxtəlif yaş qrupları üzrə uşaqların inkişafını dəstəkləyən avadanlıqlar quraşdırılıb və oyun meydançaları salınıb. Bununla yanaşı, gənclərin asudə vaxtlarının səmərəli keçirmələri və onlarda idmanla məşğulolma vərdişinin yaradılması məqsədilə ərazi müxtəlif idman qurğuları ilə təchiz olunub. Eyni zamanda, həyətyanı sahədə 6 ədəd söhbətgah, çoxsaylı oturacaqlar, quş yuvaları və pişik evləri quraşdırılıb.

Yaşayış zonasında yeni işıqlandırma dirəkləri, müşahidə kameraları quraşdırılıb, binaların fasadı və blokları tam təmir olunub, asfalt və dam örtükləri yenilənib, blokların köhnə pəncərələri yeni plastik pəncərələrlə əvəzlənib, elektrik sistemi yenidən qurulub, avtomobillər üçün avtodayanacaq yaradılıb.

Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, müxtəlif növ 388 ağac əkilib, 2540 kvadratmetr ərazidə yaşıllıq zolağı salınıb. Bununla yanaşı, həyətin ətraflarında adi daşsarmaşığı və digər sarmaşan bitkilər əkməklə hava çirklənməsinə qarşı “yaşıl səddlər” (green barriers) yaradılıb.

Yeni həyətin açılışı zamanı ictimaiyyətin diqqətini yaşıllıqların qorunmasına yönləndirmək, ətraf mühitin qorunması və atmosferi oksigenlə zənginləşdirmək məqsədilə əraziyə könüllülərin iştirakı ilə müxtəlif növ ağaclar əkilib.

Qeyd edək ki, sözügedən layihənin Bakının bütün rayonlarında həyata keçirilməsi nəzərdə tutulur. Bununla əlaqədar paytaxtımızın abadlaşdırılmaya ehtiyacı olan həyətləri haqqında məlumat və tövsiyələrin IDEA İctimai Birliyinə təqdim edilməsi xahiş olunur.

Abadlaşdırılan həyətin bir neçə sakini öz təəssüratlarını bölüşüb.

Sakin Təbriz Əsgərov uzun müddətdir bu həyətdə yaşadığını, əvvəllər ərazinin bərbad halda olduğunu bildirib. O, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyətdə gözəl abadlıq işlərinin aparıldığını qeyd edib. “Ərazidə uşaqlarımız üçün oyun meydançaları salınıb, onlar çox xoşbəxtdirlər. İnsanların rahatlığı üçün həyətdəki asfalt örtüyü yenilənib. Ərazidə gənclərin idmana həvəsini artırmaq üçün müxtəlif qurğular da var. Dövlətimizin başçısının idmana diqqəti sayəsində Azərbaycan bütün dünyada artıq idman ölkəsi kimi tanınır", - deyə T. Əsgərov vurğulayıb.

O, ölkəmizin hər yerində geniş abadlıq işlərinin aparıldığını diqqətə çatdırıb.

Abadlaşdırılan həyətin digər sakini Yaşar İmanov 1984-cü ildən bu ərazidə yaşadığını deyib.

"Məhəllənin əvvəlki və indiki vəziyyətini müqayisə edərkən çox sevinirik. Əvvəllər ərazidə çalalar var idi, yağış, qar yağanda palçıq, digər vaxtlar isə toz-torpaq olurdu. Küçələrimiz isə işıqsız idi. İndi belə problemlər həll olunub", - deyə Y. İmanov qeyd edib.

O, həyata keçirilən abadlıq işlərinə görə Prezident İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevaya təşəkkür edib.

Sakin söyləyib ki, uşaqlarını dincəlməyə aparmaq üçün artıq harayasa getməyə ehtiyac yoxdur. Binanın həyətində bütün zəruri şərait yaradılıb.

Otuz ildir abadlaşdırılan burada yaşadığını deyən Mirismayıl Həsənov isə bildirib: "Əvvəlki ilə indiki vəziyyət arasında çox fərq var. Artıq bina ərazisində uşaqların, gənclərin və yaşlıların asudə vaxtlarını səmərəli keçirmələri üçün müxtəlif qurğular qoyulub. Bundan əlavə, ərazidə söhbətgahlar quraşdırılıb, yaşıllıqlar salınıb, ağaclar əkilib. Burada yaşayan insanların təhlükəsizliyi üçün kameralarla müşahidələr aparılır. Görülən işlər təqdirəlayiqdir”.

Görülən işlərə görə dövlətimizin başçısına təşəkkür edən sakin Xalidə Səfərova bildirib ki, abadlaşdırılan həyət insanları çox sevindirir.

O deyib: “Qarabağda bərpa və yenidənqurma işləri aparılır. Buna baxmayaraq, ölkənin hər yerində abadlıq işləri davam etdirilir, insanların rahatlığı üçün tədbirlər görülür. Bu da bizə göstərilən diqqət və qayğının təzahürüdür. Abadlaşdırılaraq bu gün sakinlərin istifadəsinə verilən növbəti həyət hər birimizi sevindirir”.

Paylaş

Xəbər lenti

Şagirdinin anasından 65 min alıb qaytarmadı: HƏBS EDİLDİ Bu gün, 22:49 Mərc oyunlarından milyon qazanan biznesmen müflis oldu - İndi taksi sürür Bu gün, 22:49 Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının katibinin görüşü olub Bu gün, 22:48 Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb Bu gün, 22:48 Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb Bu gün, 22:48 Keçmiş ər-arvadın 1.7 milyon manatlıq əmlakı hərraca çıxarılacaq Bu gün, 22:48 Leyla Əliyeva ailə fotosunu paylaşdı Bu gün, 22:48 Bakıda yol təmiri sürücüləri çətin vəziyyətə saldı: "Niyə yayda yox, indi?" Bu gün, 22:48 Zabratda kanalizasiya və su problemi yenidən baş qaldırdı: Sakinlər ÇIXILMAZ VƏZİYYƏTDƏ Bu gün, 21:48 Bakıda tıxacların qarşısını alacaq YENİ ÜSUL: Yollar belə təmir oluna bilər Bu gün, 21:48 Qazaxın azad edilən kəndlərində yeni mərhələ: Söküntü işlərinə başlanılır Bu gün, 21:48 Əhalinin NƏZƏRİNƏ: Azərbaycanda bu xidmət elektronlaşdırıldı Bu gün, 21:48 Elçin Qasımov: Slovakiya Azərbaycanı Cənubi Qafqazda sabitliyin qarantı kimi görür Bu gün, 20:48 "Bavariya" Noyerə əvəzləyi tapıb - İngiltərədən transfer edilə bilər Bu gün, 20:48 Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib Bu gün, 20:48 Bakıda gecə klubunun qarşısındakı qətlin ŞOK TƏFƏRRÜATI: Şahid danışdı Bu gün, 20:48 Azərbaycan-İran əməkdaşlığının genişləndirilməsi müzakirə edilib Bu gün, 20:48 Sahibə Qafarova: Yeni təşəbbüslər Bakı və Bratislava arasında əlaqələrin genişlənməsinə töhfə verəcək Bu gün, 20:48 Sürücülər risk altındadırlar: Masazır dairəsi istiqamətində böyük TƏHLÜKƏ Bu gün, 20:48 Bakıda dişini çəkdirən qadın xərçəng oldu Bu gün, 19:48 Bakıda hazırda bəzi yollarda sıxlıq var - SİYAHI Bu gün, 19:48 Suraxanı sakinləri dayanacaqsız qaldılar Bu gün, 19:48 Digər metro stansiyaları da ÖDƏNİŞSİZ OLACAQ? - RƏSMİ CAVAB Bu gün, 19:48 Xalq artistinin səhhəti ilə bağlı ÜZÜCÜ AÇIQLAMA Bu gün, 19:48 Bakıda DƏHŞƏT: Dörd uşaq anası boğularaq öldürüldü, əri saxlanıldı Bu gün, 18:48 Canni İnfantino İlham Əliyevlə görüşündən paylaşım etdi Bu gün, 18:48 Azərbaycan Belarusa yemiş tədarükünü bərpa edib Bu gün, 18:48 Abid Şərifovun SON DURUMU: "Gəzə bilmirəm..." Bu gün, 18:48 Mal əti niyə bahalaşır? Bu gün, 18:48 Bu rayonda incəsənət məktəbi əsaslı TƏMİR OLUNACAQ Bu gün, 18:48 Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsulları istehsal edəcək Bu gün, 17:49 "Sabah"ın Çempionlar Liqası oyunları üçün paket biletlərin satışı BAŞA ÇATIR Bu gün, 17:49 Pakistanda üç nəfərin zorladığı 23 yaşlı azərbaycanlı qızla bağlı şok faktlar Bu gün, 17:49 Rusiyada hərbi təyyarə qəzaya uğrayıb, altı nəfər ölüb Bu gün, 17:49 AİİB-in 12-ci İllik Toplantısı Azərbaycanda keçiriləcək Bu gün, 17:48 Azərbaycanda həkim sayı azalır: Səhiyyədə kadr problemi dərinləşir? Bu gün, 17:48 "Haber Global" İlham Əliyevlə Canni İnfantinonun görüşündən reportaj hazırladı Bu gün, 17:48 Oktyabrda hava necə olacaq? Bu gün, 16:48 "Nar" ilin ən yüksək nəticə göstərən abituriyentlərini mükafatlandırdı Bu gün, 16:48 ABŞ İrana qarşı aviasiya sanksiyalarını genişləndirib Bu gün, 16:48 Dövlət Xidməti Xətainin abidəsinin postamenti üzərindəki yazını araşdırır Bu gün, 16:48 "Əli korrupsiyaya bulaşan adam müəllim işləyə bilməz" - Sabiq nazirin yeni vəzifəsinə SƏRT REAKSİYA Bu gün, 16:48 637 min manatlıq mənimsəmə işi: Təqsirləndirilənlərdən ŞOK İFADƏ Bu gün, 16:48 Gədəbəyin yeni icra başçısı kollektivə təqdim olunub Bu gün, 16:48 63 yaşlı Hülya Avşar: "Yaşıma rəğmən çox gözələm!" Bu gün, 15:48 Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir Bu gün, 15:48 Lənkəranda 19 yaşlı oğlan anasının sevgilisini bıçaqladı Bu gün, 15:48 İmamoğlu casusluq işi üzrə məhkəmədə çıxış edib Bu gün, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR