
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Balaxanı-Mehdiabad-Binəqədi avtomobil yolunun Mehdiabad qəsəbəsinə giriş hissəsində aparılan təmir işlərini yekunlaşdırıb.
“AVESTA.AZ” xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.
Bildirilir ki, təmir işləri 4 500 kvadratmetr sahəni əhatə edib. Görülən işlər çərçivəsində sözügedən hissədə köhnə və yararsız asfalt-beton örtüyü frezlənib, yeni asfalt-beton örtüyünün döşənməsi, üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.