
Çinin şimalındakı Ninxia-Huey muxtar rayonunda restoranda baş verən partlayış nəticəsində azı 31 nəfər ölüb, daha 7 nəfər yaralanıb.
"AVESTA.AZ" xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.
Hadisəyə səbəb qaz sızması olub.
Bütün zərərçəkənlər xəstəxanaya çatdırılıb, onlardan birinin vəziyyəti olduqca ağırdır.
Partlayış yerində polis işləyir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.