
Mingəçevirdə itkin düşən 35 yaşlı qadın tapılıb.
Bu barədə "AVESTA.AZ"a DİN-dən bildirilib.
Qeyd edilib ki, qadın Mingəçevir şəhəri ərazisində tapılıb.
Mingəçevirdə 35 yaşlı qadın itkin düşüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "AVESTA.AZ"a verilən məlumata görə, Mingəçevir şəhər sakini, 1988-ci il təvəllüdlü Süleymanova Çinarə Fəxrəddin qızı iyunun 19-u səhər saatlarında yaşadığı ünvandan çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb.
Şəkildəki qadını tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in "102" Xidməti - Zəng Mərkəzinə, eləcə də Mingəçevir Şəhər Polis Şöbəsinin (024)275-26-04 şəhər və 050-793-01-02 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.