
Azərbaycanın daha üç taekvondoçusu Polşada təşkil olunan III Avropa Oyunlarında ilk görüşünə çıxıb.
"AVESTA.AZ"un Polşaya ezam olunmuş əməkdaşının məlumatına görə, qadınlardan Patimat Abakarova (49 kq) və Minayə Əkbərova (46 kq) məğlub olublar.
Onlar müvafiq olaraq Sufarada Kisskalta (Almaniya) və Sofiya Zampettiyə (İtaliya) yeniliblər.
58 kq-dakı Qaşım Maqomedov isə Aymen Açnineyə (Niderland) qalib gələrək 1/4 finala yüksəlib.
Qeyd edək ki, daha əvvəl 54 kq-dakı Səyyad Dadaşov ilk qarşılaşmada qələbə qazanıb.
Azərbaycan taekvondoçusu Səyyad Dadaşov Polşada təşkil olunan III Avropa Oyunlarında ilk görüşünə çıxıb.
"AVESTA.AZ"un Polşaya ezam olunmuş əməkdaşının məlumatına görə, 54 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/8 final mərhələsində almaniyalı Xalid Abdel Halimlə üz-üzə gəlib.
Rəqibinə qalib gələn Dadaşov 1/4 finala yüksəlib. O, növbəti raundda bolqarıstanlı Lyubomir Boqdanovla görüşəcək.
Qeyd edək ki, bu gün Qaşım Maqomedov (58 kq), Minayə Əkbərova (46 kq) və Patimat Abakarova (49 kq) dayanq üzərinə çıxacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.