26-06-2023, 11:49 491

Düşmən sipəri!

Azərbaycan Silahlı Qüvvələri Xalq Cümhuriyyətinin azadlıq, dövlətin ərazi bütövlüyü, suverenliyi uğrunda döyüşə-döyüşə yaranıb.

Silahlı Qüvvələrimiz ölkəmizin müstəqilliyini və ərazi bütövlüyünü qoruyan hərbi gücdür.

Xalq Cümhuriyyətinin 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsində ordunun yaradılması vurğulanıb. İlk hərbi nazir Xosrov bəy Sultanov olub.

Həmin dövrdə Azərbaycan Ordusu bir neçə istiqamətdə döyüşürdü. Əsas qüvvələr Qarabağda erməni silahlılarına və o vaxtkı havadarlarına qarşı mübarizə aparırdı.

Əslində, 105 yaşlı ordunun tarixində azadlıq, müstəqillik, ərazi bütövlüyü, torpaqların işğaldan azad edilməsi başlıca tapşırıq olub.

Cümhuriyyətin süqutu ilə Azərbaycan Ordusu da ləğv edildi. Nəticədə keçmiş SSRİ rəhbərliyi bölgədə erməniləri nəzərə alaraq qondarma vilayət belə yaratdı. Ordusuz, deməli, müstəqil dövlət olmayan Azərbaycanın bu ərazilərinə ermənilərin, havadarlarının qanunsuz və əsassız iddiaları 100 il davam etdi.

1988-ci ilin fevralında ermənilər Qərbi azərbaycanlıları öz dədə-baba yurdlarından çıxmağa məcbur etməklə Azərbaycan torpaqlarının işğalının yeni dalğası başlandı. 1990-cı illərdə yaradılan könüllü dəstələr, yerli sakinlərin özünü müdafiə qüvvələri torpaqları düşmən tapdağından xilas edə bilmədi. Azərbaycanın Qarabağ bölgəsinin yerli əhalisi də qaçqın, köçkün vəziyyətinə düşdü. 1990-cı ildən başlayan işğal, köçkünlük, qaçqınlıq 30 ilə yaxın davam etdi. Ötən 30 ildə, xüsusilə son 20 ildə Azərbaycan Ordusu müasir hərbi texniki avadanlıq, hərbçilərin döyüş qabiliyyətinin yüksəlməsi ilə gücləndi.

Azərbaycan Silahlı Qüvvələrinin 2020-ci il sentyabrın 27-də Qarabağ və ətraf rayonların işğaldan azad edilməsi istiqamətində başlatdığı əks-həmlə əməliyyatı, 44 günlük müharibə nəticəsində, noyabrın 10-da Ermənistan kapitulyasiya aktını imzaladı. Bununla da Azərbaycan Ordusu 102 illik tarixinə şərəfli günləri yazdırdı. Azərbaycan Ordusu oktyabrın 4-də Cəbrayıl, oktyabrın 17-də Füzuli, oktyabrın 20-də Zəngilan, oktyabrın 25-də Qubadlı və noyabrın 8-də Şuşa şəhərini işğaldan azad etdi.

Savaş meydanında bir addım da geri çəkilməyən, düşmənə qan udduran, onu diz çökdürən Azərbaycan əsgər və zabitinin döyüş qabiliyyəti və səriştəsi günü-gündən artır.

Bunun üçün yalnız ölkə daxilində deyil, Azərbaycanın müttəfiqi və dünyada sayılıb-seçilən orduya malik Türkiyə, strateji tərəfdaşlarımız Pakistan, Gürcüstan silahlı qüvvələri ilə birlikdə mütəmadi təlimlər keçirilir.

Ordumuz yeni, müasir hərbi texnika və avadanlıqlarla təchiz olunur.

İkinci Qarabağ müharibəsindən sonra Silahlı Qüvvələrdə Türkiyə modeli tətbiq edilir, struktur bunun əsasında yenidən formalaşdırılır, eyni zamanda, ordunun NATO standartlarına uyğunlaşdırılması üçün yeni birliklər və daha çevik qruplar yaradılır.

Bu gün Azərbaycan Ordusunun gücü, döyüş qabiliyyəti ilə hesablaşırlar. O, müasir müharibəni apara bilən və qalib gələn gücdür.

Bakı və İrəvan hələlik sülh sazişi imzalamayıb. Düşmən hiyləgər, məkrlidir, dayanmır. Amma bunların heç bir nəticəsi olmayacaq, çünki Azərbaycan əsgəri ayıq-sayıqdır, Vətənin keşiyində möhkəm dayanıb.

Qarabağda olan qanunsuz erməni silahlı dəstələrinin tör-töküntüləri Azərbaycan Ordusunun Ağdam, Xocavənd, Füzuli və Kəlbəcər rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstərirlər. Lakin Azərbaycan Ordusu ermənilərin və havadarlarının bu kimi pozuculuq fəaliyyətinin qarşısını qətiyyətlə alır.

Ordumuz Ermənistanın sərhədyanı ərazilərdə terror-təxribat planlarını da puça çıxarır. Azərbaycan əsgəri bununla Ermənistan hakimiyyətinə və onların pozuculuq fəaliyyətini dəstəkləyənlərin pis niyyətlərinin reallaşmasına mane olur və öz torpağını, ölkəmizin suverenliyini qorumağa qadir olduğunu bir daha nümayiş etdirir.

Bütün bunlara görə, Azərbaycan Ordusu dünya ölkələrinin ordularının reytinq siyahısında qabaqcıl yerlərdən birini tutur və ilk əllilikdə qərarlaşıb.

Azərbaycan Ordusunun gücü, döyüş qabiliyyəti barədə çox danışmaq, yazmaq olar. Özü də yalnız bayram günündə deyil, hər zaman.

İyunun 23-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı deyib: "Bizi qisasçılıqda ittiham edənlər qoy gedib güzgüyə baxsınlar. Biz qisas yox, ədalət tələb edirik. Biz tələb edirik ki, haqq-ədalət qorunsun. Biz tələb edirik ki, bizim daxili işlərimizə heç kim müdaxilə etməsin. Biz tələb edirik ki, bütün ölkələr sözdə yox, əməldə bizim ərazi bütövlüyümüzə hörmətlə yanaşsın və belə olan halda biz də onların ərazi bütövlüyünə hörmətlə yanaşacağıq. Əks təqdirdə bizim də addımlarımız adekvat olacaq. Yenə də deyirəm, biz qisasımızı döyüş meydanında aldıq. Ancaq bununla bərabər, biz erməni vəhşiliklərini heç vaxt unutmamalıyıq".

Dövlət başçısının bu fikirləri Azərbaycan Ordusunun qüdrətini tam ifadə edir və dosta da, düşmənə də göstərir..

Paylaş

Xəbər lenti

Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib Bu gün, 19:48 "Sabah"a 2 qol vuran Qordon UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib Bu gün, 19:48 Bakı metrosunda 36 vaqon xətdən çıxarılıb: Səbəb Bu gün, 19:48 Bu ərazidə 960 şagirdlik yeni məktəb-lisey TİKİLƏCƏK Bu gün, 19:48 AZƏRTAC və Argentinanın LANA xəbər agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb Bu gün, 19:48 "Barselona"nın ulduzu: Mənim xarakterim və düşüncə tərzim unikaldır Bu gün, 19:48 "Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Bu gün, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Bu gün, 18:48 Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib Bu gün, 18:48 "Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib Bu gün, 18:48 İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında Bu gün, 18:48 Küveytdə İranın PUA hücumu nəticəsində 2 italiyalı mütəxəssis ölüb Bu gün, 18:48 Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Bu gün, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Bu gün, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Bu gün, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Bu gün, 17:48 Tanınmış vəkil Orxan Kəngərli həbsdə qaldı Bu gün, 17:48 Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbini açıqlayıb Bu gün, 17:48 Azərbaycan neftini ən çox alan 10 ölkə – SİYAHI Bu gün, 17:48 Alen Simonyan azərbaycanlı və erməni nümayəndələrlə görüşdü Bu gün, 17:48 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - Rəsmi Bu gün, 17:48 İlon Mask ABŞ-dəki bütün uşaqlara bahalı hədiyyə verəcək Bu gün, 17:48 57 yaşlı Cennifer Lopez belə formada qalır Bu gün, 17:48 Qazaxıstanda təhlükəli virus yayılması barədə iddialara cavab verildi Bu gün, 17:48 Avropa ölkəsində elektrik enerjisi çatışmazlığı riski artıb Bu gün, 17:48 Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb Bu gün, 16:48 Bakıda sökülən tarixi qapı əvvəlki yerinə qaytarılır - Qanun pozuntusuna görə protokol tərtib edilib Bu gün, 16:48 Məşhur xanəndənin qayınanası: "Adını eşidən kimi sevinirəm" Bu gün, 16:48 Azərbaycan neft ixracından gəlirlərini 12 %-dən çox artırıb Bu gün, 16:48 Azərbaycanda nəvə babasının evini qarət etdi Bu gün, 16:48 Xətaidə çoxmərtəbəli yaşayış binasında YANĞIN Bu gün, 16:48 Murat Ülker "Azersun Holding"in rəhbərliyi ilə görüşüb Bu gün, 16:48 Çingiz Mustafayev: "Azərbaycanda düşünmürəm ki, kiminsə mənim mahnılarıma ehtiyacı ola" Bu gün, 16:48 İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - RƏSMİ Bu gün, 15:48 SOCAR ilə Schneider Electric arasında Anlaşma Memorandumu imzalanıb Bu gün, 15:48 Yüksək təzyiqin gizli təhlükəsi - Heç bir əlamət olmadan orqanları zədələyir Bu gün, 15:48 SECO Aftermarket Azərbaycanda tərəfdaşlar axtararkən 60 illiyini qeyd edir Bu gün, 15:48 Göyçənin qədim Azərbaycan kəndi: Günəşlinin tarixinə nəzər Bu gün, 15:48 Xırdalan və Masazırın bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq Bu gün, 15:48 "İlkin ödənişsiz avtomobil" vədi ilə vətəndaşları aldadan şəxs saxlanıldı Bu gün, 15:48 Mayk Tayson "Tuzlu kahve"də Bu gün, 15:48 İlbiz yumurtaları qızıl qiymətinə satılırmış - Fantastik məbləğ Bu gün, 14:48 Qaz cihazları ilə bağlı yeni qaydalar qüvvəyə mindi - Hansı avadanlıqları əhatə edir? Bu gün, 14:48 Namizəd Səfərov 7 il müddətə azadlıqdan məhrum edilib Bu gün, 14:48 Canlı yayımda nalayiq ifadələr işlədən tiktoker saxlanıldı Bu gün, 14:48 Azərbaycanlı müğənni: "Mənimlə duet oxumaq üçün 10-15000 manat ödəməlidirlər" Bu gün, 14:48 Azərbaycanəsilli aktyor keçmiş sevgilisi haqqında: "Baş rol təklifi gələndə məni tərk etdi" Bu gün, 14:48 Ramiz Mehdiyevin şikayətinə baxılıb Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR