
Yevlax rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.
“Report”un Qərb bürosunun məlumatına görə, Yevlax-Bəhrəmtəpə avtomobil yolunda “QAZel” markalı kiçik tutumlu yük avtomobili, digər yük maşını ilə toqquşub.
Qəza nəticəsində, “QAZel” markalı avtomobilin sürücüsü, Yevlax rayon sakini, 1973-cü il təvəllüdlü Zakir Yolçuyev ağır xəsarət alıb.
O, xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.