30-06-2023, 12:58 484

ASTA Futbol Akademiyasının rəsmisi:

"Oğlumu “Marset” Futbol Akademiyasına aparanda onların məşq prosesini gördüm. Müsbət nəticəni görəndən sonra rəhbərliklə məsləhətləşdik və qərara aldıq ki, buradakı uşaqları inkişaf etmələri üçün İspaniyaya göndərək".

"Report"un məlumatına görə, bunu ASTA Futbol Akademiyasının (Azerbaijan Sport Talents Academy) rəsmisi Vəli Bünyadov İspaniyanın “Marset” Futbol Akademiyası ilə birgə təşkil olunan mətbuat konfransında deyib.

O bildirib ki, hazırda Bakıda olan "Marset"in məşqçiləri yaxın günlərdə seçilmiş yeniyetmə futbolçuların hazırlıqlarına baxacaq, onlardan bir neçəsini İspaniyaya dəvət edəcəklər: "Bu layihəyə dəstəyi akademiyamızın sahibi olan iş adamı Adnan Əhmədzadə verdi. O, təklifimizi dərhal qəbul etdi. "Marset" Futbol Akademiyası ilə danışıq apardıq və müqavilə imzaladıq".

V. Bünyadov İspaniyaya gedəcək yeniyetmələrin orada dil problemi yaşamayacaqlarını düşünür: "Marset" Futbol Akademiyasında ispan dili kursu da keçirlər. Yəni, uşaqlara yerli dili öyrədirlər. Buna baxmayaraq, iyul-avqust aylarında uşaqlara müəllim tutacağıq ki, ispan dilini heç olmasa 20-30 faiz öyrənsinlər və ora gedəndə hazır olsunlar. Təhsil sentyabrın 5-də başlayacaq".

ASTA rəsmisi uşaqların il ərzində iki dəfə Azərbaycana gəlmələri üçün akademiya tərəfindən hər cür şərait yaradılacağını da sözlərinə əlavə edib: "Yeni İl bayramında iki həftəlik fasilə olur, eyni zamanda, iyunda məktəb bitir, istirahət günləri yaranır. Həmin vaxtlarda uşaqların buraya gəlmələri və yenidən İspaniyaya qayıtmaları ASTA Futbol Akademiyası tərəfindən təşkil olunacaq”.

Akademiyanın koordinatoru Rafael Yusifov 2008-2009-cu il təvəllüdlü yeniyetmələri milli komandanın bazasına əsasən seçdiklərini bildirib. O, bəzi klubların bu layihədə onlara dəstək nümayiş etdirdiyini vurğulayıb: “Seçimlərdə iştirak etmək, özlərini göstərmək üçün hamıya imkan yaratdıq. Uşaqların klublarla müqavilələri var. “Səbail”, “Neftçi” və digər 1-2 klub oyunçularını verməyə razılaşdılar. "Zirə" və digər klublar isə layihədə iştirak etmək istəmədilər".

"Marset" Futbol Akademiyasının direktoru Rivero Karlos Arias çıxışında gördükləri işlər barədə məlumat verib: "Akademiyamız Şimali Koreyada seçimlər aparmış, bir il ərzində 20 nəfəri İspaniyaya aparmışdı. Onlardan 3-ü sonradan Şimali Koreya millisinə qoşulmuşdu. Onlardan biri Han-Kvan Son isə “Yuventus” klubuna transfer olunmuşdu. Biz akademiyada hər bir idmançı ilə fərdi təlimlər keçirik. Futbolda ən vacibi nəticədir. 14-16 yaşlı uşaqlar arasında oyunlar keçirilir, dincəlməyə çox vaxtları olmur. Hər birinə individual dərslər keçirik, istirahət etmək imkanı da yaradırıq. Akademiyada əsasən texnoloji resurslardan istifadə edirik. Məşqçilər bu resurslarla təmin olunurlar. Akamiyada 24 ölkənin nümayəndəsi çalışır. Futbol dilində danışdığımız üçün heç bir problem yaşamırıq. Yetişdirdiyimiz idmançılar daha sonra müxtəlif klublarla müqavilələr bağlayırlar və orada daha da irəli gedirlər. Akademiyamızı bitirənlər bu gün dünyanın məşhur klublarında çıxış edirlər. Məsələn, “River Pleyt”, “Atletiko” kimi komandalarda yetirmələrimiz var”.

Mütəxəssis bu il seçiləcək azərbaycanlı yeniyetmələr barədə müəyyən müddət keçdikdən sonra fikir bildirəcəklərini deyib: “Bakıda olmağımızın böyük əhəmiyyəti var. İspaniyanın məşhur “Marca” qəzetində bura gəlməyimizlə bağlı məqalə dərc olunmuşdu. Çünki Azərbaycana nadir hallarda İspaniyadan məşqçi gəlir. Burada seçilən uşaqlar barədə indidən nəsə deyə bilmərik. Konkret fikir bildirmək üçün 1-2 il vaxt keçməlidir. Biz təkcə futbolçu yox, yüksək təhsilli vətəndaş yetişdirməyə çalışırıq”.

Rivero Karlos Arias Azərbaycan futbolunun ildən-ilə inkişaf etdiyini düşünür: “Azərbaycanda yaxşı futbolçular var. Bu ölkənin futbol sahəsində böyük inkişaf gedir. Bizim layihəmiz də kömək ola bilər. Hamı düşünür ki, Braziliyadan, Afrikadan çıxan oyunçular daha yaxşı olurla. Amma biz göstərmək istəyirik ki, başqa ölkələrdən də güclü futbolçular yetişdirmək mümkündür. Azərbaycan futbolçuları texniki cəhətdən hazırlıqlı olurlar. İstənilən şəxs rəqabət görməyəndə tənbəlləşir. Biz akademiyada rəqabət mühiti formalaşdırır, uşaqlardan çox şey tələb edirik. Onların intizamı və öz üzərlərində çalışmaları bizim üçün vacibdir. Hansısa oyunçuda bunları görə bilməsək, ASTA ilə əlaqə saxlayacağıq və onu başqası ilə dəyişdirməyə çalışacağıq”.

“Marset” Futbol Akademiyasının seleksiyaçı məşqçisi Ragel Marmol Felipe isə hər bir oyunçu ilə həm fərdi, həm də kollektiv şəkildə çalışmalar apardıqlarını bildirib: “Başqa klublardan akademiyamıza gələn idmançılarla bağlı təhlillər aparırıq, onlara gündə iki dəfə məşq keçirik. Hər bir oyunçunun qarşısına əvvəlcə makro və mikro hədəflər qoyuruq. Gənclərə fərdi və kollektiv məşqlər keçirik. Ona öz videolarını göstərib, birlikdə analiz aparırıq. Başqa klublar bizim uşaqlarla müqavilə bağlamaq istəyəndə, onların həmin yerə uyğun olub-olmadıqlarını apardığımız təhlillərlə müəyyənləşdiririk”.

İspaniyalı mütəxəssis Bakı barədə də xoş fikirlər səsləndirib: “Bakı gəlməzdən əvvəl bura barədə bizi məlumatlandırmışdılar. Azərbaycan çox gözəl ölkə, Bakı müasir şəhərdir. Hələlik çox yeri gəzə bilməmişik. Amma gördüklərimiz bizdə xoş təəssürat yaradıb”.

Qeyd edək ki, ASTA Futbol Akademiyası ilə “Marset” Futbol Akademiyası arasında imzalanan müqaviləyə görə, İspaniya klubu seçilən 50 yeniyetmə oyunçuya baxış keçirəcək və onlardan təxminən 15-20 nəfəri akademiyalarına cəlb edəcək.

Paylaş

Xəbər lenti

İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı vəfat edib Bu gün, 13:48 Bu ölkə kanalizasiya suyundan içməli su istehsal edəcək Bu gün, 13:48 Ermənistanda Azərbaycan irsinin daha bir izi aşkarlandı: Üzə çıxan faktlar Bu gün, 13:48 BDYPİ rəsmisi: Skuter sürənlər elə düşünür ki, yol hərəkəti qaydaları onlara aid deyil Bu gün, 13:48 Tovuzda 28 yaşlı şəxsi qatar vurdu, öldü Bu gün, 13:48 Günəşdə son 5 ilin ən uzun sakitlik dövrü qeydə alındı Bu gün, 12:48 Əfqanıstan vətəndaşları İrandan Azərbaycana qanunsuz keçərkən saxlanıldılar Bu gün, 12:48 İlham Əliyev Əli Əsədovu "Şərəf" ordeni ilə təltif edib Bu gün, 12:48 Prezident: "Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" Bu gün, 12:48 Bazar günü bəzi yerlərdə yağış yağacaq Bu gün, 12:48 Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək? Bu gün, 12:48 1200 manatlıq spirtli içkilər oğurlandı - Saxlanılan var Bu gün, 12:48 Əhməd Vəliyev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib Bu gün, 12:48 Türkiyədə Fabrizio Romanonun sosial media hesablarına giriş məhdudlaşdırıldı Bu gün, 11:48 Bu gün Həsən bəy Zərdabinin anım günüdür Bu gün, 11:48 Gənc ailənin başına faciəvi hadisə gəldi - 18 yaşlı gəlin öldü Bu gün, 11:48 Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıb Bu gün, 11:48 Avtoqəzaların daha çox baş verdiyi ərazilər süni intellektlə araşdırılır Bu gün, 11:48 "Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır? Bu gün, 10:48 Xaçmazda QƏZA - Sürücü maşından xilas edildi Bu gün, 10:48 Azərbaycanın iki təmsilçisi Türk Şahmat Assosiasiyasının çempionatında qızıl medal qazanıb Bu gün, 10:48 Ağsuda ər və arvad qəzaya düşdülər: Ölən var Bu gün, 10:48 Səlim Müslümova ağır İTKİ Bu gün, 10:48 Tanınmış polkovnik qəfil vəfat etdi Bu gün, 09:48 Qardaşı ilə balıq tutmağa getdi, 1 milyon dollar qazandı Bu gün, 09:48 İran nüvə komplekslərinin yaxınlığında yeni yeraltı obyekt inşa edir Bu gün, 09:48 Azərbaycan neftinin qiyməti 101 dollara düşüb Bu gün, 09:48 İspaniyadan 2030-cu il mundialı ilə bağlı SƏRT AÇIQLAMA Bu gün, 09:48 Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 6 medal qazanıblar Bu gün, 00:48 Köhnə mənzillərdə əvvəlki sakinlərdən qalan izlər nəyi danışır? Bu gün, 00:48 Tikinti aparmaq istəyən şəxslərə pis xəbər Dünən, 23:48 İrakli Kobaxidze: "Beşiktaş" - "Hapoel" matçında ciddi təxribatlar oldu Dünən, 23:48 Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Sənada husilərin obyektlərinə zərbələr endirib Dünən, 23:48 Azərbaycanla Gürcüstan arasında birgə layihələr müzakirə olunub Dünən, 23:48 FTX yüksəkrütbəli hərbçiyə qarşı sui-qəsdin qarşısını alıb - DETALLAR Dünən, 23:48 Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər Dünən, 22:48 Ceyhun Bayramov: Bakıda Estoniya səfirliyinin açılması ölkələrimiz arasında münasibətlərdə yeni mərhələdir Dünən, 22:48 Qusev Azərbaycanla tərəfdaşlıq kontekstində Ukrayna-Estoniya əməkdaşlığını yüksək qiymətləndirib Dünən, 22:48 Yuri Vernidub: "Futbolçularımız üzərlərində işləsələr, daha yaxşı nəticələr qazanacağıq" Dünən, 22:48 Xəzərin suyunu içməli suya çevirəcək zavod bu şəhərdə tikiləcək - DETALLAR Dünən, 22:48 Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır Dünən, 22:48 Vasif Rəsulov rəhbər vəzifəyə təyin edildi Dünən, 21:48 Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər barəsində 3 ay həbs qərarı çıxarılıb Dünən, 21:48 Ramiz Mehdiyev var-dövləti haqqında danışdı Dünən, 21:48 Zəngli saat çalmadan oyanmağın sirri açıldı - Həkimdən vacib tövsiyə Dünən, 21:48 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib Dünən, 21:48 Astarada iki avtomobil toqquşub, xəsarət alan var Dünən, 20:48 Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb Dünən, 20:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR